Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, 8 komandanın iştirakı ilə keçirilən sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edib. Açılış matçında son çempion "Qarabağ" ötən mövsümü axırıncı yerdə bitirən "Keşlə"nin qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
Bu oyun sözügedən komandaların Premyer Liqada yubiley – 60-cı duelə olub. "Keşlə" indiyə qədər baş tutan 60 matçdan 13-də, "Qarabağ" isə 28-də qalib gəlib. 19 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv son 4 görüşdə qələbə qazanıb.
Qeyd edək ki, turun qalan oyunları qarşıdakı 3 gündə keçiriləcək.
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, I tur
16 avqust
Keşlə - Qarabağ 0:1
Qol: İsmayıl İbrahimli, 78.
Qırmızı vərəqə: Emin Mehtiyev, 74.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 11. Ruslan Qurbanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Valentin Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 14. Emin Mehtiyev, 19. Azər Salahlı, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 71. Emin Quliyev, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 99. Maqaye Qeye, 23. Fayçal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 3. Ailton Silva, 8. Markos Madera, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
"Dalğa Arena”.
Fanat.Az