"Həddindən artıq təzyiqli oyun keçdi. Qələbə qazanmağımız da yaxşı oldu. Mübarizə aparmaq lazımdı. Azarkeşlər bizi tək qoymadı. Ötən il onları üzdük. Futbolçulara isə çox sağ ol düşür".
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqanın II turunda evdə "Neftçi"ni məğlub etdikləri (1:0) matçdan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, "Zirə"nin oyunçuları görüş ərzində çox qaçıb: "Bəzi oyunçular tez verdiyi qərarla düşdüyü situasiyadan çıxa bilirdi. Çalışacağıq ki, bu matçı unudaq və özümüzə gələk. Ehtiyat oyunçularımız da var. Biz bu gün həm hücumda, həm də müdafiədə güc sərf etdik".
"Növbəti oyununuza az vaxt qalıb. Bu oyunçularda yorğunluq yaratmaz" sualna Abasov belə cavab verib: "Ehtiyat oyunçularımız da var. Özümüzə gələcəyimizə inanırıq. "Neftçi"nin bu gün müdafiəsi güc sərf etdisə, biz həm hücumda, həm də müdafiədə güc itirdik".
Baş məşqçi çempionluq yarışında "Qarabağ"ın öndə olduğunu söyləyib: "Hamı bilir ki, ən birinci namizəd "Qarabağ"dı, sonra da "Neftçi". Biz isə Avropa Liqasına vəsiqə qazanmaq və digər kollektivlərə baş ağrısı olmaq istəyirik".
Fanat.Az