"Qarabağ"ın yeni transferi Asmir Beqoviç forma nömrəsini seçib.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bosniyalı qapıçı Ağdam təmsilçisində 1 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, "Qarabağ" 32 yaşlı qolkiperi İngiltərənin "Bornmut” klubundan 4 aylıq icarəyə götürüb.
Fanat.Az