09:35 20.09.2019 1484

"Qarabağ"ın kapitanı: "Avroliqa ilə Azərbaycan çempionatı arasında yerlə göy qədər fərq var"

Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə İspaniya təmsilçisi "Sevilya"ya 0:3 hesabı ilə uduzan "Qarabağ"ın kapitanı Maksim Medvedev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

29 yaşlı müdafiəçinin müsahibəsini təqdim edirik:

- Oyun gözlədiyimiz kimi keçdi. Bilirdik ki, rəqib səviyyəli komandadır. Onlara qarşı rahat oynamaq mümkün deyil. Rahat top saxlayırlar, əks-hücumlar və pressinq edirlər. Bu tərəfdən güclüdürlər. İlk hissədə qapımızı qorumağı bacardıq. Fasilədən sonra yorulmağa başladıq və buna görə də səhvlər etdik, zonalarımızı itirdik. Bu da yorğunluqla əlaqəlidir. İlk qoldan sonra həm də əsəbləşməyə başladıq. İkinci qol da səhvimizdən oldu. Bundan sonra "Sevilya”ya qarşı toparlanıb nəsə etmək çətin olardı.

- Səviyyə fərqini hiss etdiniz?
- Əlbəttə, hiss elədik. İlk hissədə bunu gördük. Bir toxunuşla ötürmələr edirdilər, əks-hücuma sürətli çıxırdılar. Hər şey görsənirdi. Bəzi epizodları çatdırmırdıq. Düzdür, bəzi anlarda səhvə yol verirdilər. Siz də, azarkeşlər də gördü ki, "Sevilya” bizdən daha yaxşı futbol oynayır.

- Xal götürəcəyinizə ümidiniz var idi? Bəzi futbolçular hiss olunurdu ki, yaxşı mübarizə aparmırdı. Miçel Avropada son oyunlarda səhvlərə yol verir...
- Kimin necə oynadığını deyə bilmərəm, komanda yoldaşlarımdır. Onlar səhv edirsə, deməli, mən də etmişəm. Hamımızı birgə səhv edirik. Miçel "Atletiko”ya qol vuranda əlimizin üzərində aparırdıq. Bir az yaxşı oynamayanda Miçelin günahının olduğunu deyə bilmərik. Qıraqdan mən də istəyərdim ki, mübarizə aparaq, qol vuraq, bir az kobud oynayaq və aqressivliyimizi hiss etsinlər. Bir az aqressivlik də çatmadı. Biz də topla oynayan komandayıq. Aqressiv futbol oynaya bilmirik.

- "Düdelanj”ın APOEL-ə 4:3 hesabı ilə qalib gəlməsi sizin üçün gözlənilməz oldu?
- Gözlənilən oldu, əlbəttə. Əgər "Düdelanj” qrupa düşübsə, zəif rəqib ola bilməz. 3-4 il əvvəl "Düdelanj”la üzləşmişik. Amma bu gün nə onlar, nə də biz həmin komanda deyilik. Əgər APOEL-i məğlub ediblərsə, məncə, qrupda ikinci yer uğrunda çox maraqlı mübarizə keçəcək.

- "Düdelanj”ın qələbəsi "Qarabağ”ın işinə yaradı? Çünki ikinci yer uğrunda APOEL-lə "Qarabağ”ın mübarizə aparacağı gözlənilir...
- Düşünmürəm ki, bizə hələ yarayar. Çünki bilmirik ki, biz "Düdelanj” və APOEL-lə necə oynayacağıq. Rəqibləri analiz etməmişik. Bu gün ağır oyun keçirdik. Azərbaycan çempionatı ilə bu turnir arasında yerlə göy arasındakı qədər fərq var.

- Belə oyunlardan sonra çempionat matçına köklənmək olur?
- Nə edək, biz Azərbaycan, onlar da İspaniya çempionatında oynayır. Meydana çıxıb, oynamalıyıq. Məcbur oynamalıyıq. Hərənin öz çempionatı var.("Report”)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

Facebookdan bizi izləməyi unutmayın.
X