Almaniyanın III Bundesliqasında IX turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” səfərdə "Halleşer”lə üz-üzə gəlib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Rüfət görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Proyssen” 9 turdan sonra 9 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az