Çexiya Gənclər Liqasında VII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın B komandası "Karlovı Varı"nın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, millimizin üzvü dub edərək komandasına qələbə qazandırıb.
Start heyətində yer alan Fərid 59-cu dəqiqədə əvəzlənib və dubl etməklə yanaşı, sarı vərəqə də alıb.
Qeyd edək ki, 7 oyunda 12 xal toplayan "Slaviya" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.Az