Almaniyanın "Ertsebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi klubla 2023-cü ilin iyuluna kimi nəzərdə tutulan müqavilə bağlayıb. Klub həmçinin yarımmüdafiəçi Klemens Fandriçlə də müqaviləni eyni müddətə yeniləyib.
Qeyd edək ki, Nazarov 2016-cı ilin yayından "Ertsebirge"də çıxış edir. O, komandanın heyətində 97 oyun keçirib və 20 qol vurub. Nazarov cəzalı olduğu üçün Bəhreyn və Macarıstan kollektivləri ilə oyunları üçün Azərbaycan millisinə çağırılmayıb.
Fanat.Az