Qazaxıstan çempionatında XXXI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol” səfərdə lider "Kayrat”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Tobol” hazırda 59 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.Az