19:25 28.04.2020 2570

Vaqifin sonu budursa...

Nihat Ağasoy
 
Ramil Şeydayev və Emin Mahmudovun timsalında millinin heç nə qazanmadığını söyləmək olmaz. Fitri istedadlar deyillər, amma Azərbaycan yığmasının formasını oyunuyla haqq edən futbolçulardı.

Zamanla Eminlə Ramilin pis insan, biz azərbaycanlı və pis futbolçu olmadığını görmüşük. Rusiya "məktəbi”nin bu iki yetirməsinin gəlişi ilə seçməmizin sıçrayış edəcəyinə inananlar öncədən az idi. Reallıqla romantikanın sərhədlərini itirənlər isə Mahmudovla Şeydayevdən daha çox şey umur, həmişə olduğu kimi yanılırdı...

İndi də Ayaz var... Moskva "Spartak”ının yetirməsi uğurlu "Rostov” macərasının ardından yenidən paytaxt klubuna qayıdıb. "Xalq komandası”nda möhkəmlənə bilməyən Ayazın bu yaşdan sonra "partlayış”la diqqət çəkəcəyini proqnozlaşdırmaq xüsusi cəsarət tələb edir. 

1996-cı il doğumlu oyunçu artıq perspektivli gənc yox, potensialı tam açılmayan yarımmüdafiəçidi. Ən yaxın iki ildə karyerasında ciddi irəliləyiş nəzərə çarpmasa, necə deyərlər, qoşulacaq sıravilərin cərgəsinə... 2018-ci ilə qədər  qonşu ölkənin U-21 yığmasına çağırılan futbolçu AFFA-nın dəvətinə səs verməyə tələsmir. Rusiyanın əsas yığmasından alacağı sevindirici mesajla bağlı ümidləri tam tükənmədiyi halda, ölkəsində yerli statusunu itirmək istəmir... Aleksandr Səmədovu Bakıda daşqlaq edənlər indi də Quliyevi tarixi vətəninə qarşı sayğısızlıqda suçlayır... 
 
Eyni şeyləri UFA-nın 24 yaşlı yarımmüdafiəçisi Azər Əliyev haqda da söyləmək olar. Futbolun sirlərinə Krasnoyarskda yiyələnməyə başlayan Azər çətin yol keçib. Klubu iddialılardan sayılmasa da, yarımmüdafiəçi Rusiyanın elitasında müntəzəm oynayır.
 
AFFA-nın baş katibi (həm də icraçı vitse-prezidenti) Elxan Məmmədovun davamlı şəkildə əlaqə saxladığı "77 nömrə” özünün söylədiyi kimi, İtaliya və ya İspaniya çempionatlarında top qovmaq arzusunun vaxtından əvvəl puç olmasını istəmir. Başqa sözlə, Azərbaycana "hə” deməklə karyerasını böyük risk altına atacağından ehtiyatlanır.

Qınamağa, kökəbağlı olmadıqlarını qabartmağa, Azərbaycan üçün hər şeyə hazır olmadıqlarını əldə bayraq etməyə dəyməz! Şübhəsiz, heç biri yalnız öz başı ilə qərar vermir. Ətrafındakı futbol adamları daha işıqlı yolla addımlamağı və əsla tələsməməyi məsləhət görür...

... "Neftçi”də Azərbaycan çempionluğuna həsrət qalan Mahmudov və "Sabah”a sığınan Şeydayev nümunələri  ortadadı. Böyük zəhmət və pul bahasına Rusiyadan "qoparılan” azərbaycanlıların 2-3 il əvvəlki xəyalları indi əlçatmazdı. Və çətin ki, bir daha əlçatan ola...

Az qala unutmuşdum. Bir də ümumi dəyər anlayışı var axı. Hələ təqaüd yaşı çatmayan Vaqif Cavadov da Moskva ÇSKA-sından gəlmədi. "Keşlə”dən göndəriləndən bəri klubsuz, diqqətdənkənardı. Əlbəttə, Vaqiflə bağlı məsələlər bir qədər çoxşaxəlidi və bunların hər birinə yenidən qayıtmaq ayrıca yazı mövzusudu. Amma bütün hallarda, millinin ulduzunun "kənara tullanması” yolverilməzdi.  Yaxşı, başa düşdük, zəifləyib, kareyrasının zirvəsini aşıb. Üzünə bütün qapıları bağlamaq isə bariz qədirbilməzlik nümunəsidi. Guya 8 komandalı çempionatda oynayan bütün yerlilər Cavadovdan yaxşıdı? Yoxsa Vaqif Azərbaycan azarkeşini "Səbail”də "vaxt öldürən” Essyendən az sevindirib? Yığmanın futbolkasını geyinmək üçün Azərbaycana qayıdan adamın sonu budursa, milli mühitdə böyüməyən Ayazdan, Azərdən sadəlöhv jestlər gözləmək gülməlidi.  Pafosu kənara qoymağı bacarmaq, həyata geniş bucaqdan baxmağı öyrənmək lazımdı. 

Belə məqamda yalnız bütün duyğuları ikinci plana keçirən vətənpərvərlik hissləri  ön plana keçə bilər ki, o da sezilmir. Bir sözlə, indiki futbol mühitini formalaşdıran AFFA-dan milyon və Bakıda rahat mənzil istəmək onların haqqıdı. Bu başqa məsələ ki, heç biri milyona dəymir.  
 
Fanat.Az



Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X