12:40 21.06.2020 1553

Kamran Quliyev çətin durumda - Dəhlizdə başqasının ayaq səsi var...

"Neftçi”nin prezidenti Kamran Quliyev heç də yaxşı günlərini yaşamır. Adam dilinin bəlasına düşüb. Kimsə onu başa salıb ki, Baqali Dabonun 83 yaşlı kluba etdiyi hörmətsizliyini ört-basdır etmək üçün gündəmi dəyişmək lazımdı. Quliyevin da ağlına batıb, gündəmi dəyişməkdən ötrü Sadıq Sadıqovla Tahir Süleymanovun "bostanına” daş atıb. Sonrasını siz də bilirsiz...

Gözünə döndüyüm Süleymanovun da "cavab atəşi” özünü çox gözlətmədi, dedi "al, gəldi”. Alıb-verməyi, daha doğrusu alıb-satmağı yaxşı bacaran Kamran Quliyev bu dəfə ağzına su alıb oturmadığına peşman olub. Tarix yazan, Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olmağı bacaran, daxili çempionatda rəqib tanımayan, özünün yetirmələriylə öyünən "Neftçi”nin vitse-prezidenti olmuş Tahir Süleymanov Quliyevə çox şeyləri xatırladıb. Deyib ki, bizim vaxtımızda sənin prezident kimi təyinat aldığın "Sumqayıt”ın qapısına səkkiz cavabsız top vururduq. Amma indi "Neftçi” boyda dağdan ağır adı olan klub "Sumqayıt” qarşısında aciz qalıb, iki ildi kubokda ona "ilişir”. Ötən mövsüm də liderlik, çempionluq şanslarınını elə "Sumqayıt” "Neftçi”nin əlindən alıb, "Bakcell Arena”nın qazonuna gömmüşdü.

Cənab Süleymanov Kamran bəyə çox mətləblərdən bəhs edib, sadə dillə desək, ona həyatı başa salıb. Daha mən təkrarçılıq etməyim. Ağlı başında, hisslərə qapılmayan, dünyaya gözünü açıb baxan və sair və ilaxır səbəblərdən arif olan istənilən şəxs Kamran Quliyevin halına acıyır. Elə "Neftçi”nin də. Bu xalqın komandası, bu ölkənin futbolunun flaqmanı bu cür aciz, köməksiz günə düşməməliydi. Amma salıblar. İş o yerə gəlib çatıb ki, bir ətək pul alıb, mövsümü yola verən Baqli Dabo evdə rəqib komandanın formasında gəzir, xanımı da onu sosial şəbəkədə yayımlayır. Yəni ki, alın ha, yana-yana qalın ha...

Mən Kamran Quliyevin yerində olsaydım, Dabonun o hərəkətindən sonra başımı aşağı salıb, üzü dağlara gedərdim. Gedərdim ki, təhqir olunmuş azarkeşlərin hissləri soyusun, ortalıq sakitləşsin. Sonra da istefa verər, bacardığım işin qulundan yapışıb, həyatıma davam edərdim. Belə həssas məqamda səndən qat-qat uğurlu adamların "həyətinə” bomba atmaq kamikadzelik eləmək idi. Cavabı da gəldi. İndi yaralarını sarı, Kamran bəy. "Keçmiş olsun” diləklərimizin səmimiyyətinə şübhə etmə. Bizim tənqidlərimiz, təkliflərimiz həmişə dostyana olub, amma siz görmək, eşitmək istəməməsiz. Qulağımıza çatan sədalar deyir ki, daha belə davam etməyəcək. "Ağ-qaralar”ı qara günə salan Kamran Quliyevi tezliklə klubdan uzaqlaşdıracaqlar. Artıq klubun ofisinin dəhlizlərində başqa ayaq səsləri duyulur. Tuq-tuq, taq-taq... 

Amal Abuşov
Sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2025
19:10

II Liqa: "Füzuli" Region Liqasına düşdü, "Lerik" pley-off oynayacaq

18:50

"Bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik" - Həsrət Məmmədyarov

18:14

İsrail millisinin futbolçusu 31 yaşında vəfat etdi

17:50

Azərbaycan cüdoçuları AÇ-yə Yılmazın rəhbərliyi altında hazırlaşırlar

17:33

"Ayntraxt" klubunu dəyişmək istəyən hücumçusuna elə qiymət qoydu ki...

17:15

Finalda yeganə qolu vuran futbolçu İngiltərə nəhənginə keçir - MƏBLƏĞ

16:58

Macarıstan millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlandı

16:40

"Olimpiakos" Fransa millisində 4 matça çıxan futbolçunu heyətinə qatdı - RƏSMİ

16:22

Dünya və Avropa çempionu karyerasını bitirdi - RƏSMİ

16:03

"Milan"ı titulsuz qoyan klub yeni transferini açıqladı

15:45

Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

15:27

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

15:09

Fernandu Santuş millimizin heyətini cümə günü açıqlayacaq

14:51

Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirildi

14:33

Onana AL-in finalından öncə belə danışdı

14:15

İspaniya millisinin sabiq oyunçusu karyerasını bitirməyə qərar verdi

13:56

Kasilyas hakimləri "Real"ı "sıxmaq"da suçladı: "Bunun XXI əsrdə baş verməsi..."

13:38

Brahim Konate klubunu dəyişdi: "Şamaxı"dan...

13:21

Lamin Yamal yeni mövsüm üçün nömrə seçimini etdi

13:03

Klopp "Roma"da? - Agenti açıqladı

12:45

"Bir klub mənə yaxınlaşmışdı, dərhal prezidentə məlumat verdim" - Mourinyudan etiraf

12:26

"O, Mbappedən 20 qol az vursa da, ümumilikdə daha çox fayda verir"

12:08

Frimponqun bir ayağı İngiltərə nəhəngində - Tibbi müayinədən keçdi

11:50

Bundesliqa klubunun qapıçısı milli karyerasını başa vurdu

11:31

“Heydər Əliyev Kuboku-2025”: Yarımfinalçılar bəlli oldu

11:13

AFFA rəsmisi FIFA-nın seminarına qatıldı

10:51

Türkiyə çempionu Polşa millisinin üzvü ilə danışıqlara başladı

10:32

Azərbaycan millisinin rəqibləri bilindi

10:24

İnzaqi ÇL-in finalından sonra "İnter"dən ayrılacaq - İddia

10:05

Rəşad Sadıqovdan maraqlı və ustad paylaşımı - VİDEO/FOTO

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Çempion "Liverpul" antirekordla tarixə düşdü

09:00

Klopp məşqçiliyə qayıtmağa razılaşdı - A Seriyasında çalışacaq

01:13

İPL: "Liverpul" uduzdu

00:07

Vüsalın komandası Super Liqada oynamaq şansını minimuma endirdi

19 May 2025
23:42

"Barselona"nın ulduzu Premyer Liqa klubuna bu qiymətə keçir - MƏBLƏĞ

23:13

"Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümid edirik" - Sərxan Hacıyev

22:50

Dünya çempionu "Atletiko" forması ilə son ev oyunundan sonra paylaşım etdi

22:10

Braziliyalı qoleador İngiltərədə nəhənginə keçməyə qərar verdi

21:46

"Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik" - Millimizin üzvü

Facebookdan bizi izləməyi unutmayın.
X