22:14 11.07.2020 1006

“Neftçi”nin transfer yalanı - Dario Frederiko düyünü

"Neftçi" rəhbərliyinin dünya futboluna gətirdiyi qeyri-adi yeniliklər bir-birini əvəz edir.

Klubun başında duranlar idarəçiliyi bacarmasa da, özündən yeni icadlar çıxarmaqla koronavirus pandemiyası səbəbindən kefinə soğan doğranan futbol camiəsini bir az şənləndirir.

Mövsüm erkən başa çatdırılan kimi, "ağ-qaralar" yeni transferlərə boş yer açmaq üçün futbolçu heyətini təmizləməyə başladı. Hətta təmizlik o qədər sürətli aparıldı ki, əcnəbilərdən 5-i yola salındı. Həmin "beşliy"in sonuncusu olan Dario Frederikonun gedişi isə klubdakı idarəçilik sisteminin işlənmə mexanizmini ortaya qoydu.



Bəli, braziliyalının gedəcəyi çoxdan bəlli idi. Futbolçu özü də qayıtmağına peşman olmuşdu, qalmaq istəmədiyini demişdi. Di gəl ki, müqavilə müddətinin davam etməsi önünü kəsirdi. Çünki klub 2019-cu il iyunun 14-də rəsmi saytı vasitəsilə Dario ilə 2 illik müqavilə imzalandığını bəyan etmişdi. Yəni "sambaçı"nın sözləşməsi hələ gələn ilin yayına qədər idi. İdman direktoru Ceyhun Sultanov da iyunun 2-də saytımıza açıqlamasında Darionun müqaviləsinin davam etdiyini təsdiqləmişdi. Amma necə oldusa dünən ortaya çıxdı ki, sən demə, Darionun sözləşməsi bitibmiş.

"Neftçi"nin mətbuat xidməti ya həddən artıq savadsızdır, ya da "boss”unun tapşırığı ilə camaatı ələ salır. Rəsmi bəyanatda yazırlar ki, müqavilə müddəti başa çatdığı üçün qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Bir il əvvəl 2 illik müqaviləni yazan da həmin mətbuat xidmətidir, indi başa çatdığını vurğulayan da. Əgər müqavilə müddəti bitibsə, o zaman "qarşılıqlı razılaşma əsasında yollarını ayırıb" fikri nəyə xidmət edir? Sözləşməsi bitən azad agent olur və sağollaşıb gedir. Onunla qarşılıqlı razılaşma necə olur? Şəffaf şəkildə bəyan edin ki, Darionun cibini doldurduq, birillik təzminatını ödədik, müqaviləyə də xitam verdik də. Yox, əgər belə deyilsə, o zaman...



... Bəlkə qorxurlar Dario FİFA-ya şikayət edər? Özünü sığortalamaq üçün də bəri başdan sənə sərf edən formada bəyanat yaymaq və tez-bazar buna uyğun sənəd hazırlamaq da yəqin çox çətin deyil. Sabah FİFA üstünə gəlsə, rahatlıqla özünü sudan quru çıxara bilərsən.

İddia eləmirik ki, "Neftçi" sırf bundan ötrü yalan bəyanat yayır. Amma insanın ağlına başqa bir səbəb də gəlmir. "Neftçi" rəhbərliyinin bu tip davranışları isə yalnız futbol ictimaiyyətini, azarkeşləri aldatmaq cəhdidir...

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X