2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçu ilə müqaviləni yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Cəmaləddin Xocaniyazov qarşıdakı 2 mövsümdə də bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Xocaniyazov geridə qalan 2019/20 mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub. O, oynadığı matçlarda 1 məhsuldar ötürmə etməyi də bacarıb.
Fanat.Az