13:14 18.08.2020 882

\"Qarabağ\" növbəti mərhələləri də inamla keçəcək\" - Vaqif Sadıqov

"Ən vacib olan odur ki, Azərbaycana böyük futbol qayıdır. Hesab edirəm ki, ölkədə stabil vəziyyət yaranır və demək olar ki, xəstəliklə mübarizədə qalib gəlirik. "Qarabağ"ın bu günkü matçında azarkeşlər iştirak edə bilməyəcək və rəsmi şəxslər də az olacaq. Buna baxmayaraq inanıram ki, təmsilçimiz inamlı oyun sərgiləyəcək və qələbə qazanacaq".

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i matçı barədə danışarkən deyib. 

Assosiasiya rəsmisi bildirib ki, Ağdam təmsilçisinin qələbəsi Avropa Liqasında iştirak edən komandalara da motivasiya verəcək. Sadıqov hər kəsin futbol üçün darıxdığını söyləyib: "Ümid edirəm ki, avrokubokda iştirak edən komandalar uğurlu nəticələrlə bizi sevindirəcək".

Vitse-prezident deyib ki, "Qarabağ"ın sonuncu rəsmi matçına mart ayında çıxması komandaya çətinlik yaratmayacaq: "Uzağa getmək lazım deyil. Fransa çempionatı bütün liqalardan əvvəl dayandırıldı. Bu gün görürük ki, son aylarda oyun təcrübəsi olmayan PSJ və "Lion" Çempionlar Liqasının yarımfinalında ölkəni təmsil edir. Hesab edirəm ki, bu amil bizim çempionumuza və ümumiyyətlə Azərbaycan klublarına təsir etməyəcək. Onlar ilk matçlarda uğurlu nəticələrlə hər birimizi sevindirəcək".

Sabiq mütəxəssis "Qarabağ"ın yeni transferləri haqqında da danışıb: "Həmişə demişəm ki, bu komanda lazım olan transferləri gerçəkləşdirir və bu məsələyə çox ciddi yanaşır. Ölkə çempionunun Qəbələdəki təlim-məşq toplanışında "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdiyi yoxlama oyununu izləmişəm. Deyə bilərəm ki, yeni transferlər Ağdam təmsilçinə güc qatacaqlar. Kevin Medina ilə Uroş Matiç səviyyəli transferlərdir, Donald Gerye isə bu komandada çıxış edib və yeni futbolçu deyil. Millimizin qapıçısı Emil Balayevi də yaxşı tanıyırıq. "Qarabağ" tək hansısa oyunçularla yox, komanda şəklində güclü olduğunu göstərəcək".

Sadıqov avrokuboklar zəif rəqibin olmadığını və matçlarda hər nəticənin ola biləcəyini sözlərinə əlavə edib: "Şanslar oyuna qədər bərabər olur. Matçda isə futbolçular şansı öz xeyirlərinə dəyişir. Arzu edirəm ki, "Qarabağ"ın futbolçuları ilk dəqiqələrdən güclü olduqlarını sübut etsinlər. Mübarizəyə qoşulub müsbət nəticə əldə edəcəyimizə inanıram. Mənim üçün əsas olan odur ki, komanda ilk mərhələni adlasın və psixoloji cəhətdən II mərhələyə hazır olsun. İnanıram ki, biz bu qələbənin şahidi olacağıq və "Qarabağ" tək bu mərhələni yox növbəti mərhələləri də inamla keçəcək, həmişə olduğu kimi futbol ictimaiyyətini sevindirəcək. "Qarabağ" hər bir Azərbaycan komandası üçün örnəkdir". 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.
 
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X