Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Günün birinci matçında "Sumqayıt” "Kapital Bank Arena”da "Səbail”i qəbul edib. Komandalar ölkə kubokunda ilk dəfə qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda son ölkə çempionu "Qarabağ" "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. İlk yarıda qol olmasa da, ikinci hissə yetərincə məhsuldar alınıb. "Köhlən atlar"ın 3 qoluna "qırmızı-qaralar" sona yaxın vurduğu topla cavab verərək darmadağından qaçıb.
Hər iki cavab görüşü fevralın 6-da gerçəkləşəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu fevralın 2-də keçiriləcək. "Keşlə" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək. Bu duellərin cavab görüşləri isə fevralın 7-nə təyin olunub.
Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar
1 fevral
Sumqayıt - Səbail 0:1
Qol: Amil Yunanov, 12.
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 23. Milovan Petrovik, 4. Ali Sisey.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Kapital Bank Arena”.
Qarabağ - Qəbələ 3:1
Qol: Ovusu Kvabena, 55. Mahir Emreli, 72; 74. - Ceyms Adeniyi, 88.
Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 9. Ehtiram Şahverdiyev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Tofiq Bəhramov adına Respublika Stadionu.