"Bura gəlişimə çox motivasiya olunmuşam. Komanda yaxşı heyətə malikdir və avrokuboka vəsiqə uğrunda mübarizə aparır".
Fanat.Az xəbər verir ki, bu sözlər "Zirə"nin braziliyalı yeni transferi Filipe Paxtmana məxsusdur.
Ölkəsinin "Uol" nəşrinə açıqlama verən 21 yaşlı hücumçu çempionluqla bağlı iddialı danışıb: "Artıq bir müddətdir ki, Braziliyadan kənardayam. Bu səbəbdən, komandaya tez uyğunlaşacağıma inanıram və bu nikbinliyim ölçüsüzdür. Bütün Avropa komandalarının arzusu Çempionlar Liqası və Avropa Liqasında oynamaqdır. "Zirə"nin çempion olmasına kömək etmək üçün buraya gəldim. Amma hazırkı mövqeyimizin də bizim üçün önəmli olduğunu deməliyəm".
Qeyd edək ki, Filipe Paxtman "Zirə" ilə 6 ay + 3 illik müqavilə imzalayıb. Komanda hazırda Azərbaycan Premyer Liqasında 23 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az