Bu mövsüm Premyer Liqanın iddialı klublarından "Zirə"nin zədəli futbolçularının durumu müəyyənləşib.
Klubdan verilən məlumata görə, "Neftçi" ilə Premyer Liqanın XVII tur matçında zədələnən Davit Volkov dünən əməliyyat olunub. Gürcüstanlı hücumçunun 8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Məşq zamanı zədə almış yeni legioner Filipe Paxtmanın durumu isə daha ciddidi. Yaxın günlərdə çapraz bağlarından əməliyyat olunacaq 21 yaşlı braziliyalı hücumçu 6 ay oynaya bilməyəcək. Bu isə hazırkı mövsümün onun üçün erkən başa çatması deməkdir.