Mövsümün sonunda "Neftçi”dən ayrılacaq qapıçı Səlahət Ağayevə artıq ilk müştəri çıxıb.
Fanat.Az Apasport.az-a istinadən xəbər verir ki, "Zirə” milli komandanın üzvünün xidmətində maraqlıdır.
Braziliyalı Mateus Albinoya layiqli rəqib axtaran qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov yığmadakı sabiq komanda yoldaşının keçidi sayəsində bu problemin yoluna qoyulacağını düşünür. 30 yaşlı qolkiperin "Neftçi” ilə müqavilə müddətinin yayda bitməsi zirəliləri daha da həvəsləndirir. Yaxın müddətdə tərəflər arasında danışıq olacaq.
Qeyd edək ki, Səlahət Ağayev 2017-ci ildən "Neftçi”nin formasını geyinir.
Fanat.Az