Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi "Tambov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Soçi” ilə qarşılaşıb. "Tambov” rəqib meydanında darmadağın olub - 0:5.
Azər start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 23 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında son pillədə yer alıb.