İsveçin "Göteborq” klubunda çıxış edən azərbaycanlı futbolçu Ayxan Cabbarov yaxın zamanlarda milli komandamıza dəvət ala bilər.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.
Ölkənin II divizionunda çıxış edən 17 yaşlı futbolçunun agenti ilə millimizin skautu İlqar Qurbanov və 21 yaşadək futbolçulardan ibarət yığmamızın məşqçiləri ilə danışıqları olub. Yaxın zamanlarda Ayxanın milliyə çağırılması gündəmdədir.
Qeyd edək ki, İsveç Krallığının Partille şəhərində yaşayan Ayxan Cabbarov 2003-cü ildə Bakıda anadan olub, 6 yaşından peşəkar futbola başlayıb. "Qalatasaray”, "Neftçi” və "Bakı” futbol kulublarının futbol məktəblərində məşq edən Cabbarov daha sonra İsveçə köçərək bu ölkənin I divizionda mübarizə aparan "Savedalens” futbol kulubunun aşağı yaş qruplarında oynayıb. 16-17 yaşlılardan ibarət olan millinin heyətində çıxış edən Ayxan bir müddətdir ki, yığmaya dəvət almır.
Röya Kərimli