21:38 17.04.2021 679

Ramin Quliyev: "Hesab oyuna görə oldu"

"Deməzdim ki, o qədər də maraqlı oyun alındı. Amma hər iki komanda meydanda mübarizə apardı. Hər iki komandanın qol imkanları oldu. Məncə, hesab oyuna görə oldu".

Fanat.Az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Ramin Quliyev səfərdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, rəqiblərini yaxşı analiz ediblər: "Deməzdim ki, futbolçularımız əllərindən gələni etmədilər. Sadəcə, sonluqların çatmaması, axırıncı ötürmələrin verilməməsi və zərbələrin vurulmaması qolsuz oyuna səbəb oldu. Lakin komandamın əzmkarlıq və istəkli olması, meydanda bir komandanın görünməsi məni sevindirir".

Quliyev dördüncü qapıçı Nicat Mehbalıyevi start heyətdə buraxmasını belə əsaslandırıb: "Bu, Nicatın ilk oyunu idi. Mehbalıyev gənclərdən ibarət Azərbaycan yığmasının əsas qapıçısıdır. Düzdür, hazırda aşağı pillələrdəyik. Amma belə oyunlarda Nicata şans verməliyik. Klub olaraq, bilmək istərdik ki, o, gələcək planlarda varmı? Bu baxımdan, Mehbalıyevi təbrik edirəm, əsas qapıçımız Saşa Stamenkoviçin meydanda yoxluğunu unutdurmadı. Nicatın qapıda etibarlı olması mənim üçün sevindirici oldu".

Baş məşqçi ehtiyatda Saşa Stamenkoviçlə Rustam Samiqullinin yer aldığı halda, Alvaro Ampueronun ümumiyyətlə heyətə düşməməsinin səbəbini də açıqlayıb: "Rustama da şans verməyimiz gözlənilir. Alvaronu ona görə heyətə salmadıq ki, Nicata nə isə olsa, yaş limitinə düşən digər qapıçımız Samiqullini meydana buraxaq. Gələcək qarşılaşmalarımızda Nicat da, Rustam da ilk "11-lik"də yer alacaq. Bu dönəmdə gənc qolkiperlərə şans verməliyik ki, öz məharətlərini göstərsinlər".

"Sabah"ın 2 oyundur qol vura bilməməsi və 3 matçdır top buraxmamasına da toxunan Quliyev təhlükəli vəziyyətləri qola çevirmələri üçün vaxta ehtiyac duyduqlarını vurğulayıb. O, qapılarını toxunulmaz saxlamalarını sevindirici hal adlandırıb: "Əvvəllər yalnız "Zirə" ilə III tur matçında top buraxmamışdıq. Sonrakı görüşlərin hamısında komandamız hər oyunda qapısında qol görmüşdü. 3 oyundur top buraxmamağımız müsbət haldır". (Report.az)
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X