"Zirə”nin futbolçusu Davit Volkov cərrahiyə əməliyyatı olunub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı hücumçu İstanbulda çiynindən artroskopik əməliyyat keçirib.
Volkovun 6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Volkov son mövsümdə Azərbaycan Premyer Liqasında 24 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.
Fanat.Az