"Səbail” və AZTEA markası arasındakı əməkdaşlıq müqaviləsi dayandırılıb.
Fanat.Az xəbər verir ki, növbəti mövsümdən "dənizçilər”in formasının üzərində bu titul sponsorunun adı olmayacaq.
Əldə etdiyimiz bilgiyə görə, çay şirkətini əməkdaşlıq qane etməyib. Şirkət rəhbərliyi bu qənaətdədir ki, "Səbail” çay satışına müsbət təsir göstərməyib. Bu üzdən, sponsorluqdan imtina edib.
Qeyd edək ki, AZTEA markası 2018-ci ilin oktyabrından "Səbail” FK-nın titul sponsoru idi. İlk dəfə 2018/19 mövsümünün VII turu çərçivəsində, oktyabrın 5-də baş tutan "Səbail” – "Sumqayıt” oyununda Bayıl təmsilçisi meydana ön tərəfində AZTEA markasının loqotipi əks olunan forma ilə çıxmışdı.
Mirağa