"Zirə"nin yarımmüdafiəçisi Qismət Alıyev qasıq nahiyəsindən aldığı zədədən sonra müalicəsini davam etdirir.
Premyer Liqanın son matçında da oynayandan sonra əməliyyata yollanan Qismətlə bağlı son vəziyyətin nə yerdə olduğunu klubun mətbaut xidmətinin rəhbəri Elmar Abdullazadədən soruşduq.
"Zirə"nin sözçüsünün Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Əməliyyatdan sonrakı bərpa prosesi normal gedir. Hazırda fərdi proqram üzrə çalışır. Yaxın günlərdə komandaya qoşulması gözlənilir".
Nihat