22:50 14.07.2021 1199

ÇL: “Neftçi” "Dinamo"nu yenib "Olimpiakos"a rəqib oldu - YENİLƏNİB

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Neftçi" bu gün 1-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar” Tbilisi "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirib. 

Gürcüstandakı ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan və növbəti mərhələyə adlamaq yolunda üstünlüyünü artıran flaqmana istəyinə çatmaq üçün heç-heçə də kifayət edəcəkdi. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınacağı halda, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaq, bu da kifayət etməsə, penaltilərə ehtiyac duyulacaqdı.

"Dinamo” ilə oyun "Neftçi"nin Çempionlar Liqasında yubiley - 20-ci matçı idi. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. 8 qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatmışdı.
 
Səkkiz illik intizardan sonra çempion olub Çempionlar Liqasında yarışan "Neftçi” ötən həftə Tbilisidə yaxşı start götürmüşdü. Düzdür, "yaxşı” təyinini yalnız nəticə ilə əlaqələndirmək olar. Çünki sərgilənən oyun mənasında gedişat nə mütəxəssisləri, nə azarkeşləri, nə də ümumiyyətlə, futbol ictimaiyyətini razı salmışdı. Səfər oyununda sanki "ayağından daş asılan”, rəqibə boşluqlar verən, müdafiədə tez-tez panikaya düşən komanda görmüşdük...

Cavab görüşü fərqli olmalıydı. Həm meydan amili, həm pis oynamasına rəğmən rəğmən, ilk görüşdə əldə olunan qələbə, həm də doğma "Bakcell Arena”nın təxminən yarısını dolduran azarkeşlər "Neftçi”nin motivasiya mənbəyi idi. Artıq rəqib də təhlil olunmuş, güclü-zəif cəhətləri müəyyənləşmişdi. 

Dəyişiklikdən başlayaq. Samir Abasov ilk oyunla müqayisədə start heyətində bir dəyiyişikliyə ehtiyac duymuşdu. Rəqibin əsasən cinah həmlələrinə üstünlük verdiyini bilən çalışdırıcı "qanadlar”ı düşünmüşdü. Belə ki, ilk dəqiqələrdən Ömər Buludov müdafiənin sağ cinahında, Mert Çelik solda qərarlaşmışdı. Belədə yeni transfer, Azərbaycan publikasının önündə ilk dəfə çıxış edən Harramiz ehtiyatda qalmışdı. 
"Dinamo”ya gəlincə, maraqlıdır ki,  Kaxaber Tsxadadze ilk oyunla müqayisədə start "11-lik”yə toxunmamışdı. 

İlk 3 dəqiqədə rəqibin basqısına məruz qalan və meydanın mərkəzini keçə bilməyən "Neftçi" tədricən matça ağırlığını qoydu. Artıq aydın görünürdü ki, hücumda "ağ-qaralar"a çətinlik yarada bilən gürcülərin arxa xətti çox zəifdir. Bununla belə, ilk yarıda "Neftçi"nin çox şansının olmadığını qeyd etməliyik. Yalnız 39-cu dəqiqədə Namiq təkbətəkdən yararlanmağa borclu idi ki, onun zərbəsini rəqib qapıçı zərərsizləşdirdi. İnsafən, fasiləyə qədər rəqib də iki dəfə Aqili həyəcanlandırdı. 

"Neftçi" ikinci hissəyə bərbad başladı. Adi hücum qura bilməyən, ötürmələrdə uşaq səhvlərinə yol verən Samir Abasovun komandası çox çəkmədi ki, cəzalandı. 52-ci dəqiqədə rəqibin ardıcıl iki zərbəsi tirdən döndü, ancaq müdafiəçilər heç cür təhlükəni uzaqlaşdıra bilmədi. Nəticədə Milan Radin topu nəhayət, tora sala bildi - 0:1. 
Yaxşı ki, 7 dəqiqə sonra rəqib qapıçının kobud səhvi penalti ilə nəticələndi. Emin Mahmudov "Dinamo" ilə görüşlərdə 3-cü dəfə" 11 metrə"  nöqtəsinə yaxınlaşıb dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. 69-cu dəqiqədə isə Namiq fərdi ustalığı sayəsində komandasını hesabda önə keçirən qola imza atdı. Kaxaber Tsxadadzenin komandası 80-ci dəqiqədə daha bir dəfə fərqlənsə də, hakim ofsayd işarəsi ilə qolu qeydə almadı. 

Qeyd edək ki, "Neftçi" ÇL-in 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Olimpiakos”la qarşılaşacaq. 

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
 
14 iyul

21.00 Neftçi (Azərbaycan) - Dinamo (Tbilisi, Gürcüstan) 2:1
Qollar: Emin Mahmudov, 59-pen.; Namik Ələskərov, 69 - Milan Radin, 52
Baş məşqçi: Kaxaber Tsxadadze
Hakimlər: Dumitru Muntean, Vladislav Lifçu, Vadim Vikol, Qabriel Tupiçika (Moldova).
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya).
İlk oyun - 2:1.
Bakı. Bakcell Arena.

Neftçi: 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (kap.), 10. Sezar Meza Kolli, 20. Mert Çelik, 24. Yusuf Laval, 26. Ömər Buludov, 29. Sabir Buqrin, 36. Mamadu Kane
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov. 11. Harramiz Suareş.
Baş məşqçi: Samir Abasov

Dinamo: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Giorgi Qabedava, 12. Levan Xarabadze, 15. Giorgi Papava (kap.), 19. Simon Qbeqnon, 21. Giorgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani
Ehtiyat oyunçular: 1. Luka Kutaladze. 13. Omar Migineişvili, 3. Aleksandre Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodar İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 31. Georgi Çxetiani, 38. Nodari Kavtaradze


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

Facebookdan bizi izləməyi unutmayın.
X