Çempionatda
yaranan fasiləni fürsət bilən və ölkəsinə yollanan Hakimlər Komitəsinin sədri
Fritz Stuxlikin avqustun əvvəlində Azərbaycana dönəcəyi məlum idi.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, avstriyalı artıq Bakıya qayıdıb.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz
Abdulla xəbəri təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti mövsüm avqustun 14-15-də
start götürəcək.
Mirağa