"Qarabağ"ın futbolçusu Ovusu Kvabenanın Türkiyənin "Ankaragücü" klubuna keçidi rəsmiləşib.
Fanat.az xəbər verir ki, Ankara təmsilçisi Kvabena da daxil olmaqla heyətinə cəlb etdiyi 20 oyunçunu təqdim edib. Qanalı yarımmüdafiəçi paytaxt klubunda icarə əsasında çıxış edəcək. Onun sözləşməsi 1 illikdir.
Ötən mövsümün sonunda Superliqanı tərk edən "Ankaragücü" 2021/22 mövsümündən 1-ci liqada mübarizə aparacaq.
Qeyd edək ki, "Qarabağ” 24 yaşlı futbolçunu 2019-cu ildə İspaniyanın "Kordobo” klubundan transfer edib.