"Keşlə" sabiq futbolçusu Sadio Tounkara ilə anlaşmağa yaxındır.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun qışda sıralarına qatıb yayda yollarını ayırdığı yarımmüdafiəçinin artıq Bakıya döndüyü bildirilir.
Ancaq "Keşlə"nin mətbuat xidməti futbolçunun düşərgədə olmasını təkzib edib:
"Düzdür, Sadio Tounkara ilə danışıq aparırıq. Onu yenidən komandamızda görmək istəyirik. Ancaq hələ danışıqlar başa çatmayıb. Sadionun sənəd problemi var idi, onları yoluna qoyub. Danışıqlar isə hələ başa çatmayıb. Razılıq əldə olunsa, qarşıdakı günlərdə Bakıya dönməsi istisna olunmur. Tounkara hazırda azad agentdi".
Qeyd edək ki, malili futbolçu ölkəmizdə "Xəzər Lənkəran", AZAL və "Zirə" klublarında çıxış edib. Həmçinin o, Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.
Mirağa