16:35 13.09.2021 360

Qarabağ Dirçəliş Fondu və AFFA arasında Memorandum imzalandı

Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qarabağ Dirçəliş Fondu (QDF) arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, memorandumu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, AFFA 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə edəcək.

Bundan başqa, AFFA tərəfindən Azərbaycan milli komandasının oyunları zamanı ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliğinə geniş yer veriləcək.

Memorandumun şərtlərinə uyğun olaraq, AFFA-nın dəstəyi ilə keçirilən digər peşəkar və həvəskar futbol turnirləri çərçivəsində də QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində keçirəcəyi tədbirlər zamanı AFFA-nı tərəfdaş kimi qeyd edəcək.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Memorandumun imzalanmasının Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üçün çox vacib və bir o qədər də qürurverici bir hadisə olduğunu ifadə edib və bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına əminliyini ifadə edib. O, hamılıqla işğaldan azad edilən ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlərə dəstək olmağın əhəmiyyətini vurğulayıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bu təşəbbüsü yüksək qiymətləndirdiyini deyərək, bu mühüm missiyanın iştirakçısına çevrildiyinə görə AFFA-ya minnətdarlığını bildirib.

“Qarabağı birlikdə daha tez və daha gözəl bərpa edəcəyik”, - deyən Fondun İdarə Heyətinin sədri bütün soydaşlarımızı bu məqsəd uğrunda həmrəy olmağa dəvət edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində azad etdiyimiz torpaqları indi cəmiyyətimizn iştirakı ilə bərpa etmək vaxtıdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
19:30

Ayxan Abbasov "Sumqayıt"a darmadağını şərh etdi

19:10

"Uduzsaydıq, Allah bilir nələr olacaqdı" - Samir Abasov

19:01

Ançelotti Arda Gülerə vəziyyətdən çıxış yolunu göstərdi

18:27

MPL: "Sumqayıt" "Turan Tovuz"u darmadağın etdi 

17:53

"Qarşıdakı altı oyunda azarkeşlərimiz bizə çox lazımdırlar" - Vircil van Deyk 

17:31

Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

Facebookdan bizi izləməyi unutmayın.
X