Bu gün yeni mövsümdə ilk oyununu keçirən I Divizion klubu "Kəpəz" "Qəbələ-2" ilə oyundan əvvəl gözəl jest edib.
Fanat.Az xəbər verir ki, oyunda topa ilk zərbəni qazilər vurub.
Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və sadiq azarkeşlər Sərxan Yolçuyev ilə Tural Xanəliyev tamaşaçıların alqışları ilə meydanın mərkəzində topa ilk toxunuşu ediblər.
Qeyd edək ki, hazırda davam edən oyunda hesab açılmayıb.