Bu gün I Divizionda mövsümə start verilib.
Fanat.Az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 3 matç baş tutub.
Açılış günü maraqlı nəticələrlə yadda qalıb. Çempionluğa iddialı "Kəpəz" evdə "Qəbələ-2"-nin müqavimətini qıra bilməyib. Oyun qolsuz heç-heçə nəticələnib.
Son çempion "Neftçi-2" öz meydanında "Sabah-2"-yə minimal hesabla uduzub.
Günün son qarşılaşmasında "Keşlə-2" "Zaqatala" ilə üz-üzə gəlib və böyük hesabla qalib gəlib. Paytaxt təmsilçisinin heyətində əsas komandanın üzvü, cəzalandığı üçün əvəzedicilərə göndərilən Abanq het-triklə yadda qalıb.
Qeyd edək ki, 1-ci turun qalan oyunları sabah baş tutacaq.
I Divizion
1-ci tur, 14 sentyabr
“Kəpəz” – “Qəbələ-2” 0:0
“Neftçi-2” – “Sabah-2” 1:2
Qollar: Famil Camalov, 71 - Ceyhun Nuriyev, 45+2. Kamran Quliyev, 90+6-p.
“Keşlə-2” – “Zaqatala” 5:1
Qollar: Anatole Abanq, 17, 35, 61. Fərid Nadirov, 38. Vüsal Qənbərov, 90+2 - Xəlil Bəşirov, 9.