19:10 06.11.2021 785

Murad Musayevin debüt matçında nələr yaşandı? - OYUNDANKƏNAR

PFL "Vətən Müharibəsi"nin ildönümünə görə "Zəfər turu" adlandırdığı turla əlaqədar silsilə tədbirlər təşkil edib. Bu tədbirlərdən bir neçəsini açılış matçında müşahidə etdik. Bu və digər diqqətçəkən məqamları bölüşürük.

* Komandalar meydana üzərində "Zəfərin mübarək, Azərbaycan" yazılmış xüsusi köynəklərlə çıxdılar. Bundan başqa, adətən meydana PFL-in himni ilə daxil olan futbolçuları bu dəfə zəngi sədaları müşayiət etdi. Oyundan əvvəl isinmə hərəkətləri zamanı isə ümumiyyətlə vətənpərvər ruhda mahnılar səsləndirildi.


* "Sabah"ın yeni məşqçilərinin oyunqabağı isinmə hərəkətləri ağır məşqləri xatırlatdı. Fiziki hazırlıq üzrə məşqçi azı 15 dəqiqə komandanı dayanmadan çalışdırdı. Onlarla müqayisədə "Zirə" sanki gəzintiyə çıxmışdı.

* "Zirə" ilə oyun "Sabah"ın baş məşqçisi Murad Musayev üçün debüt matçı oldu. Gənc rusiyalı mütəxəssis ilk başda soyuqqanlı təsir bağışlayırdı. O, hətta komandasının erkən qoluna da sevinmədi, buna hansısa formada reaksiya nümayiş etdirmədi. Ancaq "Zirə"nin bərabərlik qolundan sonra rusiyalı mütəxəssisin xarakteri üzə çıxdı: bir yerdə dura bilmir, hər epizodda qışqırır, etiraz edir, oyunda qısa fasilə yaranan kimi futbolçulardan kimisə yanına çağırıb göstəriş verir, hakimə narazılığını bildirir... Bir sözlə, Murad Musayev oyunda çox emosional biridir.

* "Sabah" azarkeşləri yeni baş məşqçi üçün plakat açmışdılar. Plakatda komandanı son iki oyuma çıxaran İqor Ponomaryova təşəkkür ifadə edən, Musayevə isə "Xoş gəlmisən, Murad Oleqoviç" sözləri yazılmışdı.

* "Zəfər turu"nun ilk oyununda zəfər qazanan olmadı. Bununla belə, tur bir ilklə yadda qaldı. Belə ki, komandasının hər üç qolunun müəllifi olan Davit Volkov Premyer Liqada mövsümün ilk het-trikini rəsmiləşdirdi.

* Murad Musayev final fitindən sonra Rəşad Sadıqov və hakimlərlə görüşdükdən sonra təkbaşına qaçaraq "Sabah" azarkeşlərinin yer aldığı tribunanın önünə gəldi, dəstəyə görə onlara təşəkkür etdi və tərəfdarları alqışladı. 

* Rəşad Sadıqovun səs tellərində problem yaranıb. "Zirə"nin baş məşqçisi mətbuat konfransında sözə səsindəki problemə görə üzr istəyərək başladı.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X