Futbol üzrə Azərbaycan I Divizionda VIII turun oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, millinin oyunlarına görə yaranan fasilədən dərhal sonra baş tutacaq və üç günə sığacaq turun 5 görüşü canlı yayımlanacaq.
Dörd oyun PFL-in "Youtube" kanalı, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması isə "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
16 noyabr (çərşənbə axşamı)
“Kəpəz”–“Turan Tovuz”
Gəncə şəhər stadionu, 14:00 (CBC Sport/canlı)
17 noyabr (çərşənbə)
“Qəbələ-2”–“Zaqatala”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30 (pfl.az/canlı)
“Qaradağ Lökbatan” – MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00 (pfl.az/canlı)
“Qarabağ-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 14:30
18 noyabr (cümə axşamı)
“Sumqayıt-2” – “Səbail-2”
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:30 (pfl.az/canlı)
“Neftçi-2” – “Keşlə-2”
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00 (pfl.az/canlı)