18:48 20.11.2021 740

Rəşad Sadıqov: "Hər şeyin öz vaxtı var"

Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" öz meydanında “Səbail”i qəbul edib. 

Fanat.Az xəbər verir ki, 3:1 hesabı ilə qalib gələn "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov qələbəni şərh edib: 

“Oyuna təmkinli başladıq. Rəqibin son matçlarda bu sistemdən istifadə etdiyini bilirdik. Bütün komandalar ikinci zonada pressinq tətbiq edir, təhlükəli əks-hücumlar qurur. Biz də təmkinli başlamağa qərar verdik. Daha çox topa nəzarət edərək, rəqibin dinamikasını aşağı salmağa çalışdıq. İkinci hissədə daha açıq və baxımlı futbol getdi. Yaxşı qol imkanlarımız oldu, yararlana bimədik. Fasilədən sonra oynamaq həmişə çətindir. İstər-istəməz oyun ritmindən düşürsən. Bu baxımdan bugünkü oyuna görə çox narahat idim. Rəqibin də aldadıcı görüntüsü var. Bəlkə kimsə düşünə bilər ki, “Səbail”lə qarşılaşırsan, rahat olacaq. Əksinə, çempionatın ən vacib oyunu kimi, ən çətin rəqibə qarşı çıxış edəcəyimiz kimi hazırlaşırdıq. Çox vacib 3 xal qazandıq”.

- Volkov yaxşı forma yığıb, həm çempionatın bombardiridir, həm də artıq Gürcüstan millisinə çağırılır. Meneceri də açıqlamasında bildirib ki, ona sərfəli təkliflər var. Onu komandada saxlamaq çətin olmayacaq?
- Bu barədə düşünmürəm. Başlıq kimi gördüm, amma xəbərin içini oxumadım. Hər bir futbolçuya komandaların təklifi, istəyi kimi xəbərlər oxuyuruq. Futbolun içində olan şeylərdir. Bizdə hər hansı məlumat yoxdur, Volkovun özündən də eşitməmişik. Hər bir futbolçumuz kimi, Volkov da bizim üçün dəyərlidir. Əvvəl də düşünürdüm ki, onun üçün ən yaxşı mövqe hücumdur. Hücumçu üçün yaxşı keyfiyyətləri var. Oyundan-oyuna, mövsüm getdikcə ön xətt oyunçusu kimi daha da inkişaf elədi. Artıq nominal hücumçuya çevrilib. Hətta mənə də suallar verilir ki, nominal hücumçun yoxdur, niyə almırsan? Volkova inanırdım, bu gün də etimadımızı doğruldub. Düşünürəm ki, “Zirə”də bundan da yaxşı işlər görə bilər. Yetər ki, bu tempdə, bu istəklə peşəkar şəkildə işinə davam eləsin. Volkov bizdə xoşbəxtdir. Ağıllı-kamallı insandır, bilir ki, oyunu bu komandada nə dərəcədə yaxşı alınır. Hücum xəttində onun keyfiyyətləri üzərində istifadə edirik. Hər bir futbolçu daha yaxşı, çempionatda oynaya bilər. 

- Volkovun müqavilə müddəti mövsümün sonuna qədərdir. Yeni sazişlə bağlı onunla danışıqlara başlanılıb?
- Xeyr, heç bir danışığımız olmayıb. Bir neçə futbolçunun müqaviləsi mövsümün sonunda bitir. Gedişata baxacağıq, hansısa futbolçu ilə yeni sözləşmə imzalamaq istəsək, qarşılıqlı şəkildə razılıq əldə edilsə, komandada saxlayacağıq. Özüm də bu proseslərin tez olduğunu düşünürəm. Yalnız qarşıdakı oyuna köklənməliyik. Fikrimizi qəti şəkildə bu tip məsələlərlə dağıtmamalıyıq. Hər şeyin öz vaxtı var.

- Komanda sizin istədiyiniz futbolun neçə faizini sərgiləyir?
- Bəzi dəqiqələrdə tam mən istəyən oyunu göstəririk. Amma bəzən oyun nizam-intizamından qopuruq. Bəzən psixoloji cəhətdən qorxu gəlir, futbolçularda öz güclərinə şübhə yaranır, bəzən isə rahatlıq gəlir. Ən vacibi komandanı mental şəkildə hazırlamaqdır. Futbolçularıma güvənirəm. Tapşırıqlarımı yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Potensialları var, komandamız yaxşı futbolçulardan qurulub. Düzdür, heyətimiz kasaddır. Məsələn, hücumçularımız yorulanda sistemi dəyişməyə məcbur oluruq, müdafiəçi buraxırıq. Qışda bu yöndə işlər görmək, alınsa heyətimizi daha da genişləndirmək istəyirik. Çünki mənim xüsusilə xoşladığım sistemlərdən biri 4-2-3-1-dir. Bu sxemlə meydana çıxanda isə, demək olar ki, ehtiyatda heç kim qalmır ki, əvəzetmədən hücumu gücləndirək. Filipe Paxtmanın zədələnməsi də planlarımızı alt-üst elədi. Bu yöndə işlər görməliyik. Nə dərəcədə effektli olub-olmayacağını zaman göstərəcək. (Apasport.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

Facebookdan bizi izləməyi unutmayın.
X