“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Kipr “Etnikos”unda çıxış etmiş Araz Abdullayevlə 6 aylıq müqavilə imzalanıb.
30 yaşlı yarımmüdafiəçinin sözləşməsi daha iki il artırıla bilər. Azərbaycan millisinin üzvü komandada 78 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Araz Abdullayev “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi “Neftçi”, “Panionios” (Yunanıstan) “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ” və “Boluspor” (Türkiyə) kimi klubların uğurları üçün də çalışıb.