Türkiyənin "Başakşehir" futbol klubuna transfer olunacağı deyilən Mahir Emreli Bakıda fərdi şəkildə məşqlərini davam etdirir.
Fanat.Az Sportfm.az-a istinadən xəbər verir ki, hazırda məxsus olduğu Polşa "Legiya"sı ilə arasındakı problemi çözməyə çalışan yığmamızın forvardı məşqsiz qalmır.
Belə ki, Mahir Azərbaycanın tanınmış futbol mütəxəssisi, millimizin bir çox futbolçularına fərdi məşqlər keçmək üzrə ad çıxaran "El Mejor" ilə çalışır. Emreli Türkiyəyə yollanmadan öncə formada qalmaq üçün intensiv məşq edir.