Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İspaniya "Sevilya"sına qarşı keçiriləcək Avropa Liqasının pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Fanat.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya komandasına qarşı hazırlanan heyətə yeni transfer Mahir Emrelinin də adı salınıb.
Siyahıda ümumilikdə 30 nəfər yer alıb.
Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra evdə keçirəcək.