Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "İnqulets" də növbəti matçına çıxıb.
Nağıyevin komandası səfərdə lider "Dnepr-1"lə üz-üzə gəlib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Start "11-lik"də yer alan azərbaycanlı oyunçu 76-cı dəqiqədə əvəzlənib.
Bu heç-heçə sayəsində xallarının sayını 4-ə çatdıran "İnqulets" hazırda turnir cədvəlinin 14-cü pilləsindədir.