Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubuna qoşulacağı tarix dəqiqləşib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Tailand təmsilçisi “Buriram Yunayted”dən ayrılan Ramil sabah səhər saatlarında Kocaelidə olacaq.
Xəbərə görə, 28 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacaq.
Şeydayev “Buriram Yunayted”in heyətində bütün turnirlərdə 16 oyuna çıxaraq 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
18 tura 33 xal toplayan “Kocalispor” I Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.