22:12 29.06.2022 1256

\"Qarabağ\"dan bir gündə 2 heç-heçə 

İyunun 20-dən Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyunlarına çıxıb. 

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi gün ərzində iki oyun keçirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Bakı vaxtı ilə saat 14:00-da Almaniyanın "Holştayn" komandası ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. 

Son çempion günün ikinci yarısında, konkret saat 20:30-da Rumıniya təmsilçisi "Universitatya Krayova" ilə üz-üzə gəlib.

Hesabı cərimə zərbəsindən vurduğu mükəmməl qolla Filip Ozobiç açıb. Rumıniya təmsilçisi isə qapıçı Şahruddin Məhəmmədəliyevin inamsız çıxışından sonra hesabı bərabərləşdirib. Oyunda başqa qol olmayıb.

"Köhlən atlar" Avstriyada ilk yoxlama matçını iyunun 25-də Rumıniya təmsilçisi "Botoşani"yə qarşı keçirib. Qurban Qurbanovun komandası rumıniyalılara 4:0 hesabı ilə qalib gəlib.

Yoldaşlıq oyunları 

“Qarabağ” - “Holştayn Kiel” (Almaniya) 2:2

Qollar: Ramil Şeydayev, 28, 45-pen. - Filip Sander, 56, Kvasi Okayer Rayedt, 78 - pen.

"Qarabağ": Luka Quqeşvili, Rahil Məmmədov, Marko Yankoviç, Ovusu Kvabena, Leandro Andrade, İsmayıl İbrahimli, Toral Bayramov, Musa Qurbanlı, Abbas Hüseynov, Bədavi Hüseynov, Ramil Şeydayev

St. Ulrix stadionu

20:30. “Qarabağ” - “Universitatya Krayova” (Rumıniya) 1:1

Qol: Filip Ozobiç, 16 - Andrey İvan, 36

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Kevin Medina, Maksim Medvedev, Marko Veşoviç, Qara Qarayev, Riçard Almeyda, Filip Ozobim, Abdullah Zubir, Kadi, İbrahima Vadji

Yenbax stadionu

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq. İlk oyun iyulun 7-də Poznanda keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

Facebookdan bizi izləməyi unutmayın.
X