21:26 04.07.2022 546

Qurban Qurbanov: "Futbolçuların üzərinə çox iş düşəcək"

Sabah UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində səfərdə Polşanın "Lex" klubu ilə gücünü sınayacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl keçirilən ənənəvi mətbuat konfransında iştirak edib. 

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis əvvəlcə rəqib komanda barədə danışıb:

"İlk növbədə qeyd edim ki, olduqca istəkli bir kollektivə qarşı oynayacağıq. Komanda uzun müddətdən sonra çempion olub və çox iddialı görünür. İstər klub rəhbərliyi, istərsə də  oyunçuların açıqlamalarından hiss olunur ki, istəklidirlər. Komandanın heyətində fərqli ölkələrdən legionerlərin olmasına baxmayaraq, eyni düşüncəyə malik futbolçulardır. Maraqlı oyun üslubları var. Yeni baş məşqçilərinin də işləri ilə maraqlandıq. Demək olar ki, klubun oyun fəlsəfəsi necədirsə, məşqçi də eynidir. Düşüncələri üst-üstə düşür. Bizi meydanda çox maraqlı oyun gözləyir. Futbolçuların üzərinə çox iş düşəcək. İlk oyunda rəqibi daha yaxından tanımaq və daha çox hiss etmək lazım gələcək. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Rəqibin yaxşı azarkeşləri var və bu tərəfdarlar qarşısında yüksək səviyyəli oyun göstərmək istəyirik. Klub gözəl stadiona sahibdir. Ən azından belə bir stadiondakı azarkeşlər maraqlı oyunun şahidi olmalıdır. İnanıram ki, futbolçularım sabah meydanda əllərindən gələni əsirgəməyəcəklər". 

"Qarabağ"ın baş məqşçisi oyunla bağlı daha sonra bunları deyib: 

"Bundan əvvəl "Legiya"ya qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. Hazırkı rəqibimiz meydanda fərqli hücumlardan istifadə edir, topla davranmağı sevir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Bəlkə də ilk görüşdə risklərimiz az olacaq".

"Oyunda "Qarabağ"ı favorit görürsünüzmü" sualına "köhlən atlar"ın çalışdırıcısı belə cavab verib:

"Mən heç zaman belə bir fikir bildirməmişəm. Komandamın mütləq favorit olduğunu deməmişəm. Adətən klubun ilboyu göstərdiyi oyuna önəm verirəm. "Lex"ə baxsaq, deyə bilərəm ki, onlar bu mövsüm Çempionlar Liqası səviyyəsində oyunlar keçiriblər. Polşa çempionatı çox fərqlənir və olduqca çətindir. Ona görə də sabahkı oyunda özümüzə favorit deməzdim. Düşünürəm ki, həmin oyunda ümumiyyətlə favorit olmayacaq. Sadəcə, futbolçularımı istəkli bir kluba qarşı oynamağa kökləmişəm. Çalışacağıq ki, nəticə bizim xeyrimizə olsun. İstənilən halda, "Lex" klubuna hörmətlə yanaşıram. Onların iş prinsipləri ilə maraqlanmışam. Komandanın oyunçuları ilə də ayrılıqda maraqlanmışam. İnanıram ki, həm sabah, həm də Bakıda iki yaxşı komandanın mübarizəsini görəcəyik". 

Qurbanov "Lex"lə oyundan öncə futbolçuları necə motivasiya etdiyini də açıqlayıb:

"44 günlük müharibə zamanı futbolçuları xüsusilə motivasiya etmişdim. Asan günlər deyildi. Həmin dönəmdə komandanı oyuna motivasiya etmək heç də asan başa gəlmirdi. Hər bir səhv tapşırıq futbolçulara əks təsir göstərə bilərdi. Amma həmin gün futbolçular bunu bacardı. Futbolda hər zaman eyni motivasiya ilə oynamaq olmur. Düşdüyümüz mühitdən düzgün fikir formalaşdırmaq lazımdır. Bizim qazandığımız böyük zəfərdən sonra futbolçularımızı motivasiya etmək mənim üçün daha asandır. İş tərəfinə daha çox vaxt ayırıram. Bu gün isə komandanı oyunabaşqa cür kökləməliyik. Biz həmin günləri heç zaman yaddan çıxarmırıq. Daim bu barədə düşünürük. İllərdir bu komandadayam. Qarabağla bağlı problemlərimiz çox idi. Bu gün isə şükürlər olsun ki, hər şey geridə qaldı. Halal torpaqlarımız bizdədir. Bu gün sırf idman prinsiplərinə hazırlaşmışıq". 

Emin

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X