16:01 06.07.2022 655

"Qarabağ"ın Poznan məğlubiyyətinə sözardı

Son mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan - Poznan təmsilçisi "Lex"lə səfər görüşündən məğlub ayrıldı.

Şübhəsiz, yenilgi bütün hallarda, məyusedicidir. Ancaq bu rəqiblə mübarizənin taleyinin 1 yox, 2 qarşılaşmadan sonra bəlli olacağını da unutmamalıyıq. Polşada 0:1 hesabı ilə uduzan təmsilçimizin azarkeşlərini sevindirə bilməməsinin səbəblərindən və birinci dueldən sonra azalan növbəti mərhələ şanlarından danışacağıq. 

İntizamlı, inamlı rəqib

"Qarabağ" meydana ənənəvi 4-3-3 (4-2-3-1) düzümü ilə çıxmışdısa, meydan sahibləri 4-4-2 (4-4-1-1) sxemi ilə mübarizə aparmağı hədəfləmişdi. Matçın ilk 15 dəqiqəsinə baxanlar "Lex"in niderlandlı çalışdırıcısı Con van den Bromun yetirmələrindən nə tələb etdiyini sezməyə bilməzdi. Ümumi texniki hazırlıq baxımından ağdamlılardan geri qalan polşalılar müdafiədə sıx oynamağı və xoşbəxtliyi əks-hücumlarda axtarmağı qarşısına məqsəd qoymuşdu. Fiziki hazırlıq sarıdan "axsamayan", heyətində ucaboy futbolçuların sayı çox olan Poznan komandası mümkün olanın ən yaxşısını etdi desək, yanılmarıq. "Lex" topu özündə saxlayan qonaqların meydanın mərkəzindən və cinahlardan həlledici reydlər etməsini əngəlləyir, cərimə meydançasına hava ötürmələri göndərməyə məcbur edirdi. "İkinci mərtəbədə" Azərbaycan çempionundan daha inamlı təsir bağışlayan, mövqeli müdafiənin nə dərəcədə effektli alındığını inamla isbatlayan Polşa klubu komanda ruhu və oyun intizamının sonadək qorunması hesabına stadiona toplaşan tərəfdarların üzünü güldürə bildi. 

Patriksiz ilk rəsmi matç 

Razılaşaq ki, mövsümün sonunda "Qarabağ"dan azad agent qismində ayrılaraq Serbiyanın "Partizan" klubuna keçən Patrik Andradenin yeri görünürdü. Ötən mövsüm məhz Patrikin kölgəsində qalan Riçard Almeydanın və sonradan onun əvəzinə meydana buraxılan yeni transfer - Marko Yankoviç kabo-verdeli yarımmüdafiəçinin yoxluğunu unutdura bilmədi. Bu, Qurban Qurbanovun komandasının Patriksiz ilk rəsmi matçı, ilk imtahanı idi.

O qol olmasaydı

Əlbəttə, belə matçlarda əks-həmlələrə bel bağlayan tərəfin istəyinə çatması işin böyük hissəsinin görülməsi anlamındadır. Təəssüf ki, birinci yarıda daha zəif təsir bağışlayan "Lex" lazım olan qolu vura bildi.  "Qarabağ"ın məyus edildiyi epizodu müxtəlif şəkildə dəyərləndirmək, qolla nəticələnən ötürməni əngəlləyə bilməyən Kevin Medinanı, Maksim Medvedevi qınamaq olar. Amma reallıq budur ki, "Lex"in 40-cı dəqiqədə vurduğu qol kombinasiyalı hücumun məntiqi nəticəsi idi. 

Hə, o qol olmasaydı, yəqin ki, ağdamlılar fasilədən sonra daha inamlı, daha aqressiv çıxışla diqqət çəkəcəkdi. Əsas məqsədinə çatan polşalıların oyun intizamını sonadək qoruyacağını proqnozlaşdırmaq çətin deyildi ki, belə də oldu. Vaxt daraldıqca tələsən qonaqların ikinci hissədə daha çox səhvlərə yol verməsi məhz hesabda geri düşməsi ilə izah edilməlidir.

Nə Vadjidə alındı, nə də Kadidə

Fakt budur ki, "Qarabağ"ın fərdi ustalıq səviyyəsi yüksək olan futbolçuları ümidləri doğrultmağı bacarmadılar. Düzdür, "sehrli çubuq" - Abdullah Zubir fiziki gücü tükənənə qədər nəsə etməyə çalışır, 4-5 cəhddən birində rəqibin cərimə meydançasına soxula bilirdi. Ancaq bir epizodda topa uğurlu zərbə endirə bilməyən Mərakeş əsilli fransalının ortaya qoyduğu performansı alqışlamaq da absurddur. 

Azərbaycanlı futbolsevərlərin əsas ümidi, təzyiq altında improvizasiya bacarığı ilə tanınan Kadi Borqesin Poznanda ortaya qoyduğu futbolu bərbad təyini ilə ifadə etmək daha düzgün alınar. Çoxları "Lex"in Kadini fərdi şəkildə "bağladığını" düşünə bilər. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, mövqeli müdafiəyə üstünlük verən Polşa çempionunun heyətində braziliyalı legioneri gözdən qoymamaq tapşırığı alan futbolçu yox idi. Sadəcə, "Qarabağ"ın bütün futbolçularının uğurlu zərbə endirmək imkanı fiziki üstünlük hesabına məhdudlaşdırılmışdı. 

Təmsilçimizin qol vura bilməməsi əsas söhbət mövzusudursa, "nizənin sivri ucu"nda yer alan İbrahima Vadjinin də oyununa toxunmalıyıq. Seneqallı forvard meydanda hərəkətlilik yaratmaqdan başqa heç nəyə yaramadı. Sürətdə "Lex" müdafiəçilərinə uduzan İbrahimanın hava mübarizələri zamanı da  varlığıyla yoxluğu bilinmədi. Halbuki Ağdam təmsilçisi məhz ön xətt oyunçularının canfəşanlığı sayəsində qolun əvəzini çıxmalı və psixoloji üstünlüyü tərəfinə keçirməliydi. 

Eyni vaxtda 3 əvəzləmə durumu dəyişmədi

Qurbanovun 61-ci dəqiqədə 3 əvəzləməni birdən etməsi meydandakıların yorulması, hücumların kəsərinin azalmasının nəticəsi idi. Fəqət rəqib müdafiəçinin "hədiyyəsini" büdrəyərək boşa verən Ramil Şeydayev Vadjidən, uyğunlaşma prosesini tamamlamayan Yankoviç Almeydadan, Filip Ozobiç isə Leandro Andradedən xüsusi  fərqlənmədi. Hətta bu dəyişikliklərin ardından təmsilçimiz daha "dişsiz" təsir bağışladı. 

Cavab matçından nə gözləyək?

"Lex"in Bakıda da açıq futbola üstünlük verməyəcəyi dəqiqdir. Polşa təmsilçisinin baş məşqçisi yaxşı təhlil etdiyi "Qarabağ"ın üstünə getməyin nə ilə nəticələnə biləcəyi barədə məlumatlıdır. Ümumi hesabda öndə olan poznanlıları "qınından çıxarmaq" üçün bir yox, iki qol vurmaq lazım gələcək ki, bu da yetərincə çətin missiyadır. Digər tərəfdən, Avropa səhnəsində 90 faiz hallarda ilk rəqiblərinə qarşı potensialından aşağı mübarizə ilə yadda qalan Ağdam təmsilçisindən yerli publika önündə parlaq çıxış da gözləmək olar. Səfər qolu qaydası ləğv edildiyi üçün rəqibin Bakıda vuracağı 1 qol belə, hər şeyin sonunu vaxtından əvvəl gətirməyəcək. Bu rəqibi yenmək üçün öz oyununu oynayan "Qarabağ" və bir qədər də bəxt lazımdır.  İkinci görüşün final fiti səsləndirilənə qədər ən yaxşısına ümid etmək hər birimizin haqqıdır.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X