15:06 13.07.2022 842

"Rəqib 4-cü qoldan sonra əllərini aşağı salladı" - Aslan Kərimov

Ötən gün "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə yenildiyi (0:1) Polşa "Lex"ini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adladı. II təsnifat mərhələsində "köhlən atlar"ın rəqibi son İsveçrə çempionu "Sürix" klubu olacaq.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında həm dünənki oyun, həm də ağdamlıların növbəti rəqibi "Sürix"lə bağı fikirlərini bölüşüb:

"Qələbə gözlənilən idi. İlk oyundan sonra ümidlərimiz çox idi. Polşadakı oyuna bir daha baxası olsaq, görəcəyik ki, qol imkanları yarada bilirdik. Sadəcə, bu vəziyyətləri düzgün qiymətləndirə bilmirdik. Düzdür, dünən ilk saniyələrdə qorxulu yuxu gördük... Belə qarşılaşmalarda hər saniyənin öz hökmü olur. Buna baxmayaraq, "Qarabağ" geridönüş etdi. Adi azarkeş olaraq oyunu izləyib düşünmək olar ki, "Qarabağ" asanlıqla qələbə qazandı, amma mütəxəssis gözü ilə baxsaq, rəqib kifayət qədər güclü və təhlükəli idi. 

Bu oyunda Ağdam klubunun futbolçularının həm də bəzi problemlər üzərində işlədiklərini müşahidə edə bilərdik. Məsələn, ilk oyunda Kadinin və ya Almeydanın qapı istiqamətində endirilən zərbələri daha aralıdan və ya yüksəkdən keçirdi. Amma dünən biz gördük ki, vurulan toplar ünvanlı alınırdı, vəziyyətlət qola çevirə bilirdik. 

Baxmayaraq ki, ilk qolu "Lex" vurmuşdu, onlarda motivasiya problemi də var idi. Azarkeşlərin dəstəyi, havanın isti olması, doğma meydan amili də "Qarabağ" üçün kifayət qədər mühüm rol oynadı. Bu da ona gətirib çıxardı ki, rəqib 4-cü qoldan sonra belə desək, əllərini aşağı salladı". 

49 yaşlı mütəxəssis "Qarabağ"ın növbəti rəqibi "Sürix"i də dəyərləndirib:

"İsveçrə təmsilçiləri ilə görüşlər "Qarabağ"ın tarixində olub. Düzdür, qalib gəldiyimiz oyunlar da olub, amma buna baxmayaraq mübarizə çətin keçib. "Sürix" texniki cəhətdən yaxşı komplektləşdirilimiş, rəhbərlik baxımından da yaxşı təşkil olunmuş bir komandadır. Məşqçiləri də savadlı mütəxəssisdir. Ümumiyyətlə, İsveçrədə hər özünü məşqçi sayan adamı klubun çalışdırıcısı etməzlər. Onları çalışdıran mütəxəssislərin hər zaman öz strategiyası və oyun üslubu olur. Onu da əlavə edim ki, İsveçrə də Polşa kimi legioner oyunçular üçün bir tramplindir. İsveçrə daha çox Almaniya və Avstriya futbolu üçün fabrik rolu oynayır. Bütün bunları nəzərə alıb demək olar ki, "Sürix" bizim üçün çətin rəqib sayılır. 

Sözün açığı, "Sürix"in son oyunlarını izləyə bilməmişəm. Oyunun dəyərləndirilməsi və taktika baxımından qiymətləndirilməsi bir az çətin olacaq mənim üçün. Ümumilikdə bilirəm ki, "Sürix" İsveçrə çempionu olubsa, deməli, heç də zəif kolletkiv deyil. Həmin ölkə son 20 ildə futbolda çox inkişaf edib. Çempionlar Liqasına nəzər yetirsək görərik ki, İsveçrə təmsilçiləri mütəmadi olaraq qrup mərhələsində yer alır. 

Top çempionatları nəzərə almasaq, "Qarabağ"ın hücum potensialı bir çox ölkənin çempionlarına qarşı oynamağa imkan verir. Yəni ortabab klublarla dominant olmaq imkanına sahibdir. Hücum potensialının yüksək olması da kreativ oyunçuların sayəsindədir. Belə olduğu halda, müdafiədə boşluq yarana bilər. Bu da ki, komandanın qol buraxmasına gətirib çıxaran faktordur. Həm müdafiə, həm də hücumda balans saxlamaq çətin olur. Yenə qeyd edim ki, 5:1 udmağımıza baxmayaraq ara-sıra "Lex"in kəsərli əks-hücumlarını da görürdük. Odur ki, "Sürix"lə oyunda bu cür məqamlara önəm vermək lazımdır". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X