"Qarabağ"ın yeni transferi Julio Roman UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda - İsveçrə "Sürix"i ilə Bakıdakı matçda meydana çıxa biləcək.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Gündüz Abbaszadə deyib.
24 yaşlı yarımmüdafiəçi bu gün İsveçrə təmsilçisi ilə görüşlər üçün sifariş olunub. Qaydalara əsasən, matçın başlamasına 1 sutka qalmış komanda 1 yeni futbolçu sifariş edə bilər.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də keçiriləcək.
Nihat