12:37 28.07.2022 1695

"Qarabağ"ın növbəti rəqibini - "Ferentsvaroş"u yaxından tanıyaq

Ötən gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"ini ümumi hesabda üstələyən (3:2, 2:2) "Qarabağ"ın növbəti mərhələdəki rəqibi Macarıstanın "Ferentsvaroş" klubu olacaq. 

Fanat.Az "köhlən atlar"ın ÇL-dəki rəqibi barədə bəzi vacib məlumatları təqdim edir:

"Ferentsvaroş" Macarıstanın paytaxtı Budapeşti təmsil edir. 2006-cı ildə ölkənin fəxri komandası seçilib.

Yarandığı gündən bəri 33 dəfə Macarıstan çempionu, 24 dəfə ölkə kubokunun qalibi olaraq rekord müəyyənləşdirib. Avropa kubokunu qazanan yeganə Macarıstan komandasıdır. Qızıl topun yeganə macar qalibi Florian Albert bütün karyerasını bu klubun heyətində keçirib.

Komanda ev oyunlarını 22 min tamaşaçı tutumuna malik "Groupama Arena"da keçirir.

Macarıstanda klubun qısaldılmış adı daha geniş yayılmışdır - "Fradi". Komandanın əzəli rəqibi MTK-dır (Budapeşt). Həmin komanda ilə matçlar "Əbədi Derbi" adlanır.

"Ferentsvaroş"un əsası 1899-cu ildə Budapeşt sakinləri tərəfindən qoyulub. Klubun adı onun ilk prezidenti Ferents Şpingerlə bağlıdır. 

14 fevral 2008-ci ildə İngiltərənin "Şeffild Yunayted" klubunun prezidenti Kevin Makkeyb "Ferentsvaroş"un satın alınması üçün tenderi qazanaraq onun sahibinə çevrilib.

Komandanın baş məşqçisi Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesovdur. Ötən mövsüm klubu Macarıstan çempionu edən və ölkə kubokunun sahibi edən Çerçesov "Ferentsvaroş"la 4-2-3-1 taktiki sxeminə üstünlük verir. 

Ötən mövsüm komandanın ən məhsuldar futbolçusu Rayan Mae olub - 13 qol. Bu il 24 yaşlı belçikalı futbolçu rəsmi oyunlarda komandanın heyətində çıxış etməyib. 

Hazırda Macarıstan klubunun aparıcı futbolçuları hücumçu Frank Boli, yarımmüdafiəçilər Adama Traore və Tokmak Nquendir.  Yeri gəlmişkən, ötən mövsüm "Ferentsvaroş"un heyətində ən sərras futbolçulardan daha biri Nquen olub - 9 qol. 

Adama Traore

Ötən il UEFA  Avropa Liqasının G qrupunda yer alan komanda cəmi 3 xal toplayıb. "Bayer Leverkuzen", "Real Betis" və "Seltik"lə mübarizə aparan "Ferentsvaroş" qrupu autsayder olaraq tərk edib. 

Bu mövsüm UEFA Çempionlar Liqasında keçirdiyi oynların nəticəsi: 

Tobol Kostanay - Ferentsvaroş 0:0 
Ferentsvaroş - Tobol Kostanay 5:1
Ferentsvaroş - Slovan 1:2
Slovan - Ferentsvaroş 1:4

Futbol üzrə Macarıstan çempionatı UEFA-nın əmsalına görə hazırda 28-ci pillədədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Premyer Liqası bu siyahıda 26-cı yerdə qərarlaşıb.

"Qarabağ"la oyundan öncə "Ferentsvaroş" 31 iyul tarixində ölkə çempionatı çərçivəsində "Puşkaş Akademiya"sına qarşı oynayacaq. 

"Köhlən atlar"a qarşı ilk oyun isə 3 avqust saat 20:00-da Bakıda keçiriləcək.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

Facebookdan bizi izləməyi unutmayın.
X