09:00 12.10.2022 530

"Mövsümə istədiyimiz kimi başlaya bilmədik" - Voyislav Stankoviç

"Neftçi" klubunun heyətində artıq 100-dən çox oyun keçirmiş serbiyalı müdafiəçi Voyislav Stankoviçin Fanat.Az-a verdiyi müsahibəsini təqdim edirik:

- Bu mövsümü digərləri ilə müqayisədə necə qiymətləndirirsiniz? Rəqabət artıbmı?

-Təəssüf ki, mövsümə istədiyimiz kimi başlaya bilmədik. Amma komandada dəyişikliklər baş verdi, yeni oyunçular və yeni çalışdırıcı gəldi. Ümid edirəm ki, cari mövsüm istəyimizə çatacağıq. Düşünürəm ki, bizim üçün hər şey yaxşı olacaq. İnanıram ki, yaxşı nəticələr qazana biləcəyik. Rəqabətin artmasına gəlincə, nəzərə çarpacaq dərəcədə fərq var. 

- Son turda debütant "Turan Tovuz"un müqavimətini qıra bilmədiniz. Tovuz komandasını necə qiymətləndirirsiniz?

- Bəli, biz Misli Premyer Liqasında yenicə çıxış edən komandaya qarşı oynadıq. "Turan Tovuz" yaxşı komandadır. Onların baş məşqçisi Ayxan Abbasovu yaxşı tanıyıram. Böyük iş görüb. Yaxşı kollektiv formalaşdırmağı bacarıb. O, göstərdi ki, hər bir yerdə keyfiyyətli komanda yaratmaq olar. "Turan Tovuz"a qarşı oyunda bir neçə epizodumuz oldu ki, onları qola çevirə bilərdik. Amma alınmadı. Belə bir komandanın çempionata gəlməsi yaxşıdır, rəqabəti artırır. Düşünürəm ki, Premyer Liqada daha yaxşı forma yığmalı olan komandalar hələ də var. Bu, maraqlı olardı. Turnirin rəqabəti daha da artardı. Əminəm ki, bir neçə ildən sonra Azərbaycan futbolu və ölkə çempionatı daha da baxımlı və gərgin mübarizəli olacaq. 

- Növbəti turda digər debütant "Kəpəz"ə qarşı oynayacaqsınız. Hazırlıq necə gedir?

- Bəli, növbəti turda daha bir debütanta qarşı oynayacağımızı bilirəm. Səfərdə Premyer Liqaya vəsiqə qazanmağı bacaran komanda ilə qarşılaşacağıq. Bizi maraqlı və gərgin mübarizə gözləyir. Azərbaycanda "Kəpəz" və "Neftçi" klublarının qarşılaşmasının nə dərəcədə maraqlı olduğundan məlumatlıyam. Həmin oyuna hazırlığımız hər zaman olduğu kimi yüksək səviyyədə gedir. Ümid edirəm həmin matçda istəyimizə çatarıq. 

- "Kəpəz" komandasını nə dərəcədə yaxşı tanıyırsınız?

- Gəncə klubuna da yeni baş məşqçi gəlib. Tərlan Əhmədov Azərbaycan futbolunu dərindən bilən mütəxəssisdir. O, həm də "Neftçi" və digər yerli klublarda çalışdırıcı olub. Təcrübəsi olan tanınmış mütəxəssisdir. Elə bu faktoru da nəzərə alaraq bir daha demək istəyirəm ki, bizi maraqlı oyun gözləyir. Həmin oyuna maksimum səviyyədə hazırlaşmalıyıq ki, MPL-də növbəti xallarımızı qazanaq.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

Facebookdan bizi izləməyi unutmayın.
X