15:08 15.11.2022 477

Batan gəminin xilası mümkündürmü? - "Səbail" buna görə uğursuzdur 

Misli Premyer Liqasında mövsüm yarılanmamış artıq iddialılar və iddiasızlar qütbləşiblər. "Qarabağ", "Sabah" və "Neftçi" medallar uğrunda favorit statusuna yiyələnibsə, avrokuboka sonuncu vəsiqə üçün "Zirə" və "Qəbələ" digərlərindən bir addım öndədir. İkinci "5-lik"də isə "Turan Tovuz", "Səbail", "Kəpəz", "Şamaxı" və "Sumqayıt" qərarlaşıb. 

Prinsipcə, bu ildən Premyer Liqada çıxış edən qərb təmsilçilərindən - "Kəpəz" və "Turan Tovuz"un ikinci "eşelon"da olması təəccüblü deyil. Heç özlərinin də avrokuboklara iddiası yoxdur. Avtobus üçün AFFA-nın başlatdığı ianə kampaniyasına ümid bəsləyən, tələblərə cavab verən stadionu belə, olmayan bu klublar daha çox elitada qalmağa can atır. Paralel olaraq, növbəti mövsümlərə infrastrukturuna əl gəzdirmək şərtilə...

"Şamaxı"nın durumu aydındır: məhz iddiasızlıq səbəbindən adını, imicini, bir sözlə, hər şeyini dəyişib köçünü eyniadlı şəhərə daşıyan klub büsbütün gənclərə güvənir. "Sumqayıt" ötən mövsümün ortasında Ayxan Abbasovu göndərib yerinə tanınan əcnəbi mütəxəssis Aleksey Baqanı gətirməklə, üstəlik, yayda siyasətini dəyişib legionerlərin transferinə yaşıl işıq yandırmaqla, azarkeşlərini ümidləndirdi. Ancaq belaruslu ümidləri doğrultmadı. Üstəlik, klub yayda heyətin komplektləşdirilməsində gecikdi, balanslı, mövqelər üzrə transferlər uğurla tamamlanmadı və beləliklə, komanda Premyer Liqanın startına hazır olmadı. O ki qaldı "Səbail"ə... Bayıl təmsilçisinin uğursuzluğuna bir qədər geniş toxunacağıq.      

Dörd dəfə artan büdcə göyə sovrulub 

"Səbail" mövsümə hazırlıq ərəfəsində - yayda iddialı olacağından ən çox bəhs edilən klub idi. Hətta çalışmalara avrokuboklarda ölkəni təmsil edən komandalardan da tez start vermişdilər. Klubun əsas sponsoru olan “Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmar Cəmiyyəti”nin büdcəni nəzərəçarpacaq dərəcədə, konkret, dörd dəfə artırması iddialı komanda qurmağa şərait yaradırdı. Ötən mövsümü 2 milyon manatla başa vuran "dənizçilər"in bu mövsümkü büdcəsi 8 milyona çatır. Yayda göndərilən Aftandil Hacıyevin yerinə təyin olunan Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda mövsümün əvvəlində 10 gün Gürcüstanda təlim-məşq toplanışında oldu və həmin müddətdə Tbilisinin ən bahalı otellərindən hesab olunan 5 ulduzlu “Hualing”də qaldı. Təsadüfi deyil ki, “Qəbələ” büdcəsinin yaxşı, Roman Qriqorçukun baş məşqçi olduğu vaxtlarda həmin oteldə məskunlaşmışdı. Hansı ki, bölgə klubu həmin dönəmlərdə Avropa Liqasının qrupunda oynayırdı.

Hacıyevə 4, Qurbanova 8  

Təbii ki, transfer dönəmində məşqçilər korpusu istədikləri legionerləri heyətə cəlb edə bilib. Paytaxt təmsilçisinin heyətində hazırda 8 əcnəbi futbolçu var. De Fransa Qustavo (Braziliya), Kardozo Fakundo, Mazurek Franko (hər ikisi Argentina), Zakpa Qoba, Luvaqa Kizito (hər ikisi Portuqaliya), Stasiuk Petro, Çex Maksim (hər ikisi Ukrayna). Bundan başqa, Ağabala Ramazanov, Emil Balayev kimi milli üzvləri "dənizçilər"in şərəfini qoruyur. Müqayisə üçün deyək ki, ötən mövsüm komanda mövsümü cəmi 4 legionerlə başa vurmuşdu. Qanalı Camal Araqo, litvalı Domantas Şimkus, fransalı Nikolas Raysel və albaniyalı Yurgen Qoxa yüksək səviyyəli əcnəbilər deyildi. Yerlilər isə əsasən Rauf Əliyev, Əfran İsmayılov, Məhəmməd Mirzəbəyov və s. kimi veteranlar idi.  

Nəticə? 

Ötən mövsümü sonuncu pillədə başa vuran "Səbail" Aftandil Hacıyevin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 28 oyunda 4 qələbə qazanmışdısa, Mahmud Qurbanov 14 oyundan 2-də üç xala sevinib. Göründüyü kimi, ötən mövsümdəkinin yarısı qədər oyuna çıxan komandanın qələbə sayı da yarıbayarı azdır, yəni aşağı-yuxarı dəyişən bir şey yoxdur. Halbuki çempionata "Kəpəz", "Turan Tovuz" kimi ortabab statusuna belə, uyğun gəlməyən komandalar qoşulub. İndi iddialıların nisbətən rahat xal əldə edə biləcəyi komandaların sayı artıb. Yəni büdcə, imkanlar, heyət "Səbail"in ilk "5-liy"ə düşməsinə imkan verir.

Təcrübəsizlik, problemli xarakter

Bəs Mahmud Qurbanov niyə uğurlu ola bilmir? Görünən odur ki, özü də yayda gələn mütəxəssis büsbütün dəyişən komandanı formalaşdırmaqda çətinlik çəkir. Və ya bunun üçün təcrübəsi çatmır. Axı hətta ən təcrübəli mütəxəssislər belə köklü dəyişikliklər baş verən kollektivlərin "sükan"ını təhvil almaqdan ehtiyat edirlər. Futbolçu kimi Azərbaycanın ən titullu, sanballı futbolçularından olan Qurbanov 49 yaşı olmasına baxmayaraq, məşqçi kimi hələ Premyer Liqa səviyyəsində püxtələşməməsinin acısını yaşayır və belə desək, dəlləkliyi "Səbail"in başında öyrənir. 

Qurbanovun xarakterində də problem sezilməkdədir. Hər məğlubiyyətdən sonra futbolçularını qınayan, hətta aşağılayan mütəxəssis bir tərəfdən gördüyü işə kölgə salır, digər yandan da özünə münasibəti korlayır. Təbii ki, belədə atmosfer pozulur və sonda bu, nəticələrdə əks olunur. 

Çox güman, "Səbail" qış fasiləsində baş məşqçi dəyişikliyinə əl atacaq. Hazırda 7-ci pillədə qərarlaşan və özündən bir addım öndəki "Turan Tovuz"dan 6 xal geri qalan komandanın kubok perspektivi də dumanlı görünür. Məsələ burasındadır ki, 1/8 finalda Birinci Divizion komandası MOİK-lə qarşılaşacaq Bayıl təmsilçisinin növbəti mərhələdəki mümkün rəqibi "Sabah" olacaq. O "Sabah" ki, hər iki cəbhədə mübarizə aparmağa qadir heyətə sahibdir. Bir sözlə, "Səbail"in gəmisi batmaqdadır. Batan gəmini isə kapitan heç də həmişə sonda tərk etməməlidir...

Fanat.Az       


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X