12:51 17.11.2022 2329

Birhissəlik ümid və aut ata bilməyən peşəkar - Moldova ilə oyun nə "dedi"?

Dünən səfərdə Moldova yığması ilə beynəlxalq yoldaşlıq görüşünə çıxan Azərbaycan millisi 2:1 hesablı qələbə qazandı. Ardıcıl 4-cü zəfərinə imza ataraq tarixi ilk reallaşdıran seçməmizin qalib gəlməsi bütün hallarda, ümidvericidir. Bəs görəsən, noyabrın 20-də Şimali Makedoniya ilə görüşə çıxacaq Canni De Byazinin komandasında inkişaf sezilirmi? Millinin dünənki matçındakı diqqətçəkən məqamlara toxunacağıq.

Azı belə Şahruddin

"Qarabağ"ın builki avrokubok oyunları zamanı bir neçə ciddi xətaya yol verən Şahruddin Məhəmmədəliyevin məlum təzyiqləri üzərindən atması, özünəinamı möhkəmləndirməsi ölkə futbolu adına vacib məsələdir. Moldovadakı qarşılaşmada cəmi bir dəfə çıxışda inamsız təsir bağışlayan Şahruddinin qurtarışları ürəkaçan, komanda yoldaşları ilə anlaşması qaydasında idi. Cinah yarımmüdafiəçilərinə bir neçə uzun ötürmə verən Məhəmmədəliyevin növbəti görüşlərdə azı bu qədər diqqətli və təmkinli olacağına ümid edək.   

Yenilənmiş müdafiə xətti və Höccət

4-5-1 düzülüşündən istifadə edən De Byazi fərqli müdafiə xəttinə güvənmişdi. Zədəli Bədavi Hüseynovun yoxluğunda "Qarabağ"ın digər mərkəz müdafiəçisi Bəhlul Mustafazadəni də ehtiyatda saxlayan italiyalı çalışdırıcı soldan sağa Elvin Cəfərquliyev - Anton Krivotsyuk - Bəxtiyar Həsənalızadə - Höccət Haqverdi "dördlüy"ünə şans vermişdi. Əlbəttə, "arxa cəbhə"də müəyyən problemlər sezildi. Məsələn, Höccətin yer aldığı sağ "qanad"da hücumlara effektli dəstək verə bilməməsi vurğulanmalıdır. Onun ifasında uğurlu asmalar görmədiksə, bir neçə dəfə sürətdə rəqiblərə uduzduğunu və ötürmə xətalarını da qabartmalıyıq. Yeri gəlmişkən, stopper ampluasında özünü daha rahat hiss edən Haqverdinin topu autdan oyuna daxil etməklə bağlı bu görüşdə də problem yaşaması unudulmamalıdır. Qazaxıstanla Millətlər Liqasında keçirilən son ev oyununda (3:0) olduğu kimi, sözügedən futbolçu yenə "mərmi"ni yan xətdən qaydalar çərçivəsində ata bilmədiyi üçün referi bu hüququ rəqibə verdi.

Digər müdafiəçilərin ümumi çıxışını isə qənaətbəxş adlandırmaq olar. Hərçənd ikinci yarıda - artıq təmsilçimizin orta xətti arzulanan səviyyədə mübarizə apara bilmədiyi zaman dilimində müdafiədə də uğursuz müdaxilələr, mövqe səhvləri və çaşqınlıqdan qaynaqlanan ötürmə xətaları olurdu.

Göz oxşayan yarımmüdafiə

İkinci hissədəki dəyişikliklərin effektli alınmadığı bəlli həqiqətdir. Start "11-lik"dəki yarımmüdafiəçilər ilk 45 dəqiqədə ortaya gözləniləndən də yüksək performans qoydular. Müdafiənin önündə Riçard Almeydanı qərarlaşdıran De Byazi bir qədər irəlidə Emin Mahmudov və Aleksey İsyaevi oynatmağı uyğun saymışdı ki, bu da yetərincə uğurlu alındı. Birinci hissədə ikinci zonada sözün əsl mənasında, ağalıq edən yığmamız rəqibindən üstün oyun sərgilədi və bunun məntiqi nəticəsi olaraq məhz yarımmüdafiəçilər - Eminlə İsayev hərəyə bir qol vurdu. Bu "üçlüy"ün martda başlayacaq AÇ-2024-ün seçmə mərhələsinin oyunlarında işə yarayacağını proqnozlaşdırmaq olar.

Sıravi Kökçü, "açar" Şeydayev 

Sağ cinah yarımmüdafiəçisi mövqeyində Ozan Can Kökçünün, solda cari mövsüm adından söz etdirən Ramil Şeydayevin forma şansı qazanması gözlənilən mənzərə idi. Bir epizodda cərimə meydançasına girmək istəyərkən topu peşəkarlara yaraşmayan şəkildə itirən Ramilin 83-cü dəqiqəyə - Namik Ələsgərovla əvəzlənənə qədər Moldova seçməsinə çətin anlar yaşatdığı qabardılmalıdır. Düzdür, matçın sonlarında dayanmadan işləyən "11 nömrə" həm Eminin vurduğu qolun ötürməsini verdi, həm də fərdi reydləri ilə meydan sahiblərinin müdafiəsini gərginlikdə saxladı. Bu isə o deməkdir ki, millimizin "açar" oyunçularından biri sabitliyi qorumağa və öz üzərində işləməyə davam edir. Kökçüyə gəlincə, onun xüsusi nə iləsə yadda qalmadığını söyləməyə borcluyuq. Doğrudur, "Eyndhoven"in futbolçusunun kobud, nəticəyə təsir edən səhvləri olmadı. Amma Ozan Can daha çox düşünmə sürəti, başqa sözlə, anında qəbul etməli olduğu qərarlar baxımından "axsadı". Fasilədən sonra onun yerini tutan Mahir Emrelinin də azarkeşləri əla futbolla qürurlandırdığını iddia etməyə dəyməz. Bəlkə də qaçırdığı real qol epizodunda hesab arasındakı fərq artsaydı, daha motivasiyalı, daha təhlükəli Mahir görərdik. 

Musa bacardımı?

İlk dəfə yığmanın start heyətində özünü göstərmək fürsəti qazanan Musa Qurbanlının "nizənin sivri ucu"nda necə görünəcəyi xüsusi maraq doğururdu. "Qarabağ"ın forvardı pressinq edir, birəbir mübarizələrdən çəkinmir, həvəslə döyüşürdü. Rəqib müdafiəçiləri üzərinə çəkən hücumçu təcrübəsizliyi fonunda az işləmədi və yetərincə inamlı təsir bağışladı. Misli Premyer Liqasında komanda yoldaşı Ramil Şeydayevlə şərikli bombardir olan (hərəyə 11 qol) Qurbanlının yığmada qol hesabını açandan sonra yeni inkişaf mərhələsinə qədəm qoyacağını güman etmək olar. 67-ci dəqiqədə onu əvəzləyən Renat Dadaşov da öz işini pis görmədi. Rəqibin cərimə meydançasının yaxınlığında qazandığı cərimə zərbəsinin ardından Mahmudov topu canlı səddə yox, qapıya  göndərsəydi, Dadaşovun faydalı iş əmsalı daha qabarıq sezilərdi. Bir məqamı da unutmayaq ki, "Qrashopper"in forvardı Riçard Almeyda meydandan alınandan sonra oyuna qoşuldu. Yəni Dadaşov Elvin Camalov milliləşdirilmiş braziliyalının işini görə bilmədiyi, yarımmüdafiə xətti vingerlərlə nominal hücumçunu lazımınca "qidalandırmağı" bacarmadığı dəqiqələrdə mübarizə apardı. 

Son söz əvəzi

Şimali Makedoniya səviyyə baxımından Moldovadan daha güclü rəqibdir. Blaqoya Milevskinin komandası ilə dueldə təmsilçimizin zəif cəhətlərini müəyyənləşdirmək imkanımız bir qədər genişlənəcək. Bəli, Mahmudovun və Krivotsyukun qapı dirəyinə tuş gələn vuruşları qolla nəticələnsə, Emreli əlinə düşən imkanı qaçırmasaydı, meydan sahiblərini fərqli hesabla da yenmək mümkün idi. Lakin matçın sonlarındakı təşviş, 90+2-ci dəqiqədə buraxılan qol da böyük çatışmazlıq statusu ilə dəyərləndirilməlidir. Növbəti yoldaşlıq görüşündə bu yöndə nəyin və necə dəyişdiyi izləmək, bir hissə yox, 90 dəqiqə ortaya qoyulan futboldan ümidlənmək arzusu ilə...

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:08

Azərbaycan yığması AÇ-də 2-ci oldu

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

Facebookdan bizi izləməyi unutmayın.
X