11:42 21.11.2022 3971

“Dayımın vurduğu qollara baxaraq həvəsləndim” - Camal Hüseynli

Azərbaycan futbolundan danışarkən uşaq və yeniyetmələrin tapılmasında, inkişafında pay sahibi olmaq, bu prosesə töhfə vermək hər birimizin borcudur. Bu idman növünün sirlərinə yeni yiyələnənlər üçün kiçik bir dəstək ona böyük təkan ola bilər. Fanat.Az olaraq biz də bu yöndə əlimizdən gələni edirik.
Belə bacarıqlı istedadlardan biri də “Səbail”in 13 yaşlı futbolçusu Camal Hüseynlidir.  Qarşısına böyük hədəflər qoyan Camalın bu idman növünü belə həvəslə seçməsi təsadüfi deyil. Axı o, millimizin sabiq forvardı Vüqar Nadirovun bacısı oğludur. Camal əməkdaşımıza müsahibəsində kumirindən və arzularından danışıb.

- Camal, neçə yaşından futbolla məşğulsan?
- Artıq 4 ildir ki, futbol oynayıram.

- Futbola həvəs haradan yarandı?
- Vüqar Nadirov mənim dayımdır. Dayımın oyunlarına, vurduğu qollara, qazandığı uğurlara və Azərbaycanın adını necə yüksəltdiyinə baxaraq həvəsləndim və futbolçu olmağa qəti qərar verdim.

 - Futbolda hansı hədəflərin var?
- Daha peşəkar və  uğurlu futbolçu olmaq, milli komandamızda çıxış etmək  istəyirəm. Hazırda yaşım az olsa da, hədəflərim və arzularım böyükdür.  İnanıram ki, daimi  məşqlər, futbola olan sevgim, ailəmin gözləntilərini doğrultmaq  və Azərbaycanı dünyada təmsil etmək istəyim sayəsində bu arzularıma çatacağam. 

- Hansısa xarici klubda çıxış etməklə bağlı xəyallar qurursanmı?
- “Mançester Siti”! Bu, bir arzudur.

- Hazırda 13 yaşın var. Qarşıda 5 ildə, yəni 18 yaşınadək qarşına hansı məqsədləri qoymusan?
- Azərbaycan yığmasında və bəzi Türkiyə klublarında çıxış etmək istəyirəm. Türkiyə futbolu maraqlıdır, azarkeşlər çılğındır və bu, məni cəlb edir.  Təbii, bunları istəmək azdır, qarşıdaki illərdə həvəslə məşq etməli, daha da güclü olmalıyam ki, məşqçilərimin etimadını doğruldum.  

- Futbolda zədələr qaçılmazdır. Nə vaxtsa zədələnmisən?
- İndiyə qədər iki dəfə yüngül zədə almışam. Yəni ciddi bir şey olmayıb. 

- Bu günə qədər ən yadda qalan oyunun hansı olub?
- Elə son matçı deyə bilərəm.  Noyabrın 7-də yoldaşlıq görüşü idi. Rəqib komandaya 4 qol vurduq. Bu qollardan ikisinin müəllifi mən oldum.  Birinci qol adi, ikinci isə “çerez sebya” (aşırma) oldu. Vurduğum qollar mənə futbolu daha da sevdirir və həvəsləndirir. 

- Özünə kimi kumir seçmisən?
-  Kumirim Erlinq Holanddır. Bu futbolçunun topla rəftarını çox bəyənirəm, hətta təkrarlamağa çalışıram. 

- Ailə üzvlərindən futbol oynamağını istəməyənlər var?
- Hərdən anam futbol oynamağıma qarşı çıxır. Yorulduğumu və digər sahələrə marağımın heç olmadığını düşünür... Əsas da dərslərimə...  Amma mən onu uğurlarım və həvəsimlə razı salıram. Anam oyunlarımı görəndən sonra etiraz etmir, amma narahat olur yenə də.

- Bəs vurduğun qollardan hansısa birini ailə üzvlərinə və ya digər şəxslərə həsr etdiyin vaxt olubmu?
- Bəli, “Xocalı” ilə çempionat oyununda vurduğum qolu qardaşım Turala həsr etmişdim. Qardaşım da buna çox sevindi və həmişəki kimi mənə dəstək olduğunu bildirdi. O hazırda xarici ölkədə təhsil almağa gedib.

- Futbol dərslərinə mane olurmu?
- Bəli, bir qədər mane olur. Amma əsas yük idmanın payına düşür. Məktəb müəllimlərimə də təşəkkür edirəm ki, mənə müəyyən qədər güzəşt edirlər. Bəzən məşqlərə çox vaxt ayırmalı oluram. Amma buna baxmayaraq, davamlı şəkildə dərslərdə iştirak edirəm. Məktəbdən də qalmamağa çalışıram. 

- Bəs gələcəkdə karyeranı hansı yerli klubda, hansı məşqçinin rəhbərliyi altında davam etdirmək istəyərsən?
-  Xarici ölkələrdə çıxış etsəm, Pep Quardiolanın məşçisi olduğu komandada oynamaq istərdim. Hazırda o dünyada bir nömrəli məşqçidir. Ölkəmizdə isə Qurban Qurbanovun komandasında oynamaq istəyərəm. Onun Azərbaycan futbolu üçün etdikləri qiymətsizdir. 

- Qurban Qurbanovla görüşmək imkanın olub?
- Xeyr, amma bunun olmasını istəyərdim.

- Futbolçu yox, azarkeş kimi hansı komandaları daha çox sevirsən?
- “Qarabağ”, “Mançester Siti” və “Barselona”nı.

- Öz komandanızı daha güclülərdən hesab edirsən?
- Bəli, güclüyük və irəli gedəcəyimizə əminik. 

- Azərbaycanlı futbolçulardan hansılarını daha çox bəyənirsən?
- Vüqar Nadirov, Musa Qurbanlı, Qara Qarayev. Bu futbolçuları daha çox sevirəm. Qara Qarayevlə görüşmək imkanım olub. Dayım Vüqar Nadirovdan oyunlarla bağlı çoxlu məsləhətlər almışam. Oyunlardan sonra etdiyim səhvlərlə bağlı mənə məsləhətlər verib. Onun məsləhətlərini dinləyirəm və əməl etməyə çalışıram.

- Ən böyük arzun nədir?
- Azərbaycan futbolunun yüksək səviyyəyə çatması. 

- İdmanla məşğul olan və ya məşğul olmaq istəyən həmyaşıdlarına nə demək istərdin? 
- Məsləhət görərdim ki, arzularının arxasınca getsinlər. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X