Bu gün Azərbaycan BasketbolLiqasında 27-ci turun oyunları davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, turun üçüncü günündə bir oyun baş tutacaq. Gəncədə eyniadlı komanda Bakının NTD klubunu qəbul edəcək.
15:00. "Gəncə" - NTD
Turun daha bir oyunu sabah Şəkidə baş tutacaq
15:00. "Olimpik" (Şəki) – "AAAF Xırdalan"
Bundan əvvəl turun iki oyunu baş tutub: “Neftçi” – “Zirvə” (Astara) – 90:103, “Sərhədçi” – “Sabah” – 86:89.