Qətər daha bir dünya çempionatına ev sahibliyi edəcək.
Fanat.Az xəbər verir ki, 2027-ci ildə basketbol üzrə kişilər arasında dünya çempionatı Qətərdə keçiriləcək.
Məlumatı Beynəlxalq Basketbol Federasiyası (FIBA) yayıb.
Qeyd edək ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə təşkil olunub.